Qaynar xətt:

(+99450) 247 90 86

Ruslar kütləvi şəkildə valyuta alır

2019-08/1567186585_dollar-1.jpg

DÜNYA

636

30.08.2019, 21:36

\"\" Rusiyada xarici valyutaların, xüsusilə dollar və avronun kursunun yüksəlməsi gözlənilir. Buna görə də ruslar kütləvi şəkildə valyuta alır. Oxu24.com xəbər verir ki, Rusiyada yerli adamların valyuta bazarında fəallığı iyundan başlayıb. Yayın ilk ayından xarici valyutalara tələbat 41 faiz artıb. Dollara 45, avroya 33 faiz müraciət çoxalıb. Ruslar iyunda 2,3 milyard dollar alıb.
İndi qonşu ölkədə dolların məzənnəsinin 67-ni, avronun isə 74-ü keçmir. Mütəxəssislər dolların ilin sonuna qədər 70 həddini ötəcəyini proqnozlaşdırır. “Sberbank” rusları sakitləşdirməyə çalışır. Bank dolların məzənnəsinin hətta 2024-cü ildə 67,4 olacağını bildirir.