Bu gün planetimizdəki sirli məkanlardan danışacağam. O məkanlar ki, Yer sakinlərinin onları görmək ixtiyarı yoxdur...
Bu məkanlar “Google Map” tərəfindən peyk görüntülərində qara rənglə örtülür, yaxud heç göstərilmir. Söhbət gizli hərbi obyektlərdən getmir. Siyahıda kiçik bir göl, qalın meşəlik, hətta, şəxsi ev də var.
-Rusiyadakı gizli məkan... Peyk görüntülərində gizlədilən məkanların hansı ölkənin ərazisində olduğu yazılır. Lakin kölgələnən məkan haqqında heç bir məlumat almaq mümkün deyil. İddialara görə, bu yer rusların qeyri-adi sınaqlar apardığı yerdi. Yerli əhali isə bu məkanın yeraltı ölülər səltənətinə açılan qapı olduğunu danışır. Peyk görüntüsündə kölgələnən məkan haqda ilk məlumat 1955-ci ilə aiddir. Bu məlumatın qaynağı Sibir sürgünündən qaçan məhbuslardır. Adətən, Sibir həbsxanalarından qaçan məhuslar qalın meşədə izsiz-soraqsız yoxa çıxırdılar. 5 məhbusun da başına belə iş gəlib. Onlar 1 il Sibirin qarlı meşələrində yol axtarmaqla məşğul olublar. Göstərilən sirli məkanda onlar kiçik bir ovçu daxmasına rast gəlirlər. Məhbuslardan ikisi komaya girir. Yoldaşları onların eşiyə çıxmadığını görəndə narahat olurlar. Daha bir məhbus içəri girir. O da geri qayıtmır. Eşikdəki iki məhbus komaya girmədən yollarına davam edir. Sağ qalan iki məhbusdan biri- Remenis Nikolayeviç 2006-cı ildə səssizliyini pozur və orda gördüklərini anladır.
{banner_reklam1}
-Nepal sərhədləri daxilində qalan dağlıq bölgənin 7000 metr yüksəkliyi... Bütün peyk görüntülərində qara kölgəylə gizlədilir. Qəribə deyilmi? Heç bir yaşayış olmayan bir bölgə niyə bu qədər diqqət çəkəcək dərəcədə kölgələnsin ki? Tamam, razılaşmaq olar ki, burda əlahiddə bir hərbi obyekt gizlədilə bilər. Onda yenə sual yaranır: hərbi obyekt üçün bu dünyada daha mülayim iqlimə malik bir yer tapılmadımı? Yoxsa, bu məkanın yadplanetlilərlə bir əlaqəsi var? Bu ehtimalı da istisna etmək olmaz...
-Bu insanlar Kanadanın buz səhralarında yaşayan inoid qəbiləsinin üzvləridir. Bu qəbilə bütün dünyadan gizlətdikləri bir sirri hələ də qorumaqdadır. İnoidlərin yaşadığı məkanda Baker adlı adi bir göl var. “Google Map” bu gölü də qara kölgə ilə örtür. Dəfələrlə jurnalistlər açıqlama üçün “Google”yə müraciət ediblər. Lakin, heç bir cavab ala bilməyiblər. Əfsanələrə görə, göldə qəribə şəkillər var ki, ona baxan adamlar psixoloji gərginlik keçirir. Bəlkə də NASA və ya başqa kosmik araşdırmalar mərkəzləri gölün peyk görüntülərinin yayılmasına icazə vermir. Maraqlıdır, adi bir göldə insanın ağlını başından alacaq nə ola bilər? Və ya burdakı rəsmlər niyə insanlardan gizlədilir? İndi isə sizə inoid qəbiləsinə aid qısa bir əfsanə söyləmək istəyirəm. Bəlkə də bəzi sualların cavabı bu əfsanədədir. “Uzun illər bundan əvvəl inoid qəbiləsi aclıqdan əziyyət çəkir. Bir gün göy üzündən bir qızıl adam gəlir. O, inoid qəbiləsinin üzvlərinə bir sirr açacağını söyləyir: “Həmin sirrə malik olan adam bir daha aclıqdan və ya çarəsiz xəstəlikdən əziyyət çəkməz”-deyir. Qəbilə üzvləri qızıl adamın gətirdiyi lövhədəki yazıları oxuyur. Bir daha aclığa düçar olmur. Lakin, bununla birgə qəbiləyə bir lənət çökür. Doğulan hər iki uşaqdan biri yarıinsan-yarıilan olur. Qızıl adam gəlib həmin uşaqları aparır. Qəbilə başçıları qızıl adamın gətirdiyi lövhəni sandığa qoyub Baker gölünün dibində basdırırlar.” Bu əfsanədən başqa, Baker gölünün yarıinsan-yarıilan yadplanetlilərlə bağlı olduğunu düşünənlər də var. Uzun sürən çək-çevirdən sonra “Google” gölün üçdə bir hissəsinin peyk görüntüsünün görünməyinə icazə verir. Yerdə qalan üçdə iki hissənin xəritəyə salınmaması daha çox sual yaratmırmı?
Ətraflı videonu təqdim edirik: Oxu24.com
ŞƏRHLƏR