Öcalan azadlığa çıxdı - Sensasiya
01 Noyabr 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
269
22.09.2026, 10:10
Əhalisi təxminən 90 min nəfər olan kiçik Avropa dövləti Andorrada işçi qüvvəsi çatışmazlığı yaranıb. Fransa və İspaniya arasında yerləşən ölkə yüksək həyat səviyyəsi, nisbətən aşağı vergiləri və Avropa üzrə orta göstəricidən yüksək əməkhaqları ilə seçilir.
HİT.az xəbər verir ki, “Newsweek”in məlumatına görə, 2026-cı ilin mayında Andorrada orta əməkhaqqı 2760 avroya çatıb. Bu, bir il ərzində 7,7 faiz artım deməkdir. Maliyyə sektorunda orta gəlir təxminən 4972 avro, energetika sahəsində 3608 avro təşkil edir. Mehmanxana-restoran sektorunda orta əməkhaqqı 2152 avroya, kənd təsərrüfatında isə təxminən 2000 avroya çatır.
Ölkədə xüsusilə səhiyyə, təhsil, yaşlı və xəstə insanlara qulluq, məişət xidmətləri və ictimai nəqliyyat sahələrində işçi çatışmazlığı kəskin hiss olunur. Vakansiyaların əhəmiyyətli hissəsi turizmlə də bağlıdır. 2026-cı ildə hakimiyyət mehmanxana və restoranlar üçün əlavə iş icazələri ayırıb. Ən çox tələb olunan mütəxəssislər arasında ofisiantlar, xadimələr və aşpazlar var.
Əcnəbilərin cəlb edilməsi üçün Andorra pilot proqram da başladır. 2026-cı ilin dekabrından 2027-ci ilin avqustunadək 450 iş icazəsinin verilməsi nəzərdə tutulur. Bunun işçi çatışmazlığının aradan qaldırılmasına və ənənəvi turizm mövsümündənkənar dövrdə turizm sektorunun dəstəklənməsinə kömək edəcəyi gözlənilir.
Məlumata görə, xarici işçilər sosial təminatlardan yararlanırlar. Onlar üçün 40 saatlıq iş həftəsi, 30 gün illik məzuniyyət və CASS sistemi vasitəsilə sosial müdafiə nəzərdə tutulub. İşçinin sosial sığorta ödənişi 6,5 faiz təşkil edir. İllik gəliri 24 min avroyadək olan şəxslərdən gəlir vergisi tutulmur, maksimal vergi dərəcəsi isə 10 faizdir.
Bununla yanaşı, Andorra Avropa İttifaqının üzvü deyil. Buna görə də əcnəbilərə işləmək üçün icazə tələb olunur. Avropa İttifaqı vətəndaşları üçün sadələşdirilmiş prosedurlar tətbiq edilir. Fransa, İspaniya və Portuqaliya vətəndaşları isə ikitərəfli sazişlər sayəsində əlavə üstünlüklərdən yararlanırlar.
00:26 / 02 Noyabr 2026
1
00:06 / 02 Noyabr 2026
126
23:52 / 01 Noyabr 2026
105
23:45 / 01 Noyabr 2026
344
23:40 / 01 Noyabr 2026
70
23:27 / 01 Noyabr 2026
119
23:25 / 01 Noyabr 2026
296
23:14 / 01 Noyabr 2026
138
23:00 / 01 Noyabr 2026
360
22:56 / 01 Noyabr 2026
94
22:04 / 01 Noyabr 2026
102
21:49 / 01 Noyabr 2026
122
21:49 / 01 Noyabr 2026
102
21:26 / 01 Noyabr 2026
247
21:14 / 01 Noyabr 2026
272
20:55 / 01 Noyabr 2026
206
20:49 / 01 Noyabr 2026
108
20:35 / 01 Noyabr 2026
718
20:24 / 01 Noyabr 2026
146
20:20 / 01 Noyabr 2026
339
19:59 / 01 Noyabr 2026
166
19:55 / 01 Noyabr 2026
213
19:50 / 01 Noyabr 2026
493
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.