Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
29 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
338
08.09.2026, 21:43
Böyük Britaniya bu il vəd etdiyi 120 min drondan 25 mindən çoxunu Ukraynaya təhvil verib.
Oxu24.com nterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun "Ramştayn" formatında keçirilən iclasından əvvəl bildirib.
"Biz həmçinin sələflərim tərəfindən bu il Ukraynaya 120 000 dronun tədarükü ilə bağlı götürülmüş öhdəliklərin yerinə yetirilməsində mühüm irəliləyiş əldə edirik. Hazırda biz 25 mindən çoxunu çatdırmışıq, daha minlərləsi isə yaxın vaxtlarda çatdırılmalıdır", - nazir deyib.
Bundan əlavə, Böyük Britaniya Ukraynaya irikalibrli artilleriya üçün döyüş sursatlarının tədarükünü davam etdirəcək. Stritinqin sözlərinə görə, Almaniya, Danimarka, Litva, Niderland, Norveç və İsveçin maliyyə dəstəyi sayəsində yaxın vaxtlarda daha on minlərlə döyüş sursatı tədarük ediləcək.
Almaniya isə Ukraynaya hərbi dəstəyi, o cümlədən "Patriot" zenit-raket kompleksləri üçün PAC-2 tutucu raketlərinin tədarükü hesabına gücləndirmək niyyətindədir. Berlin həmçinin Kiyevə dronların və uzaqmənzilli döyüş sursatlarının verilməsini davam etdirməyi planlaşdırır.
12:43 / 29 Noyabr 2026
52
12:03 / 29 Noyabr 2026
86
12:00 / 29 Noyabr 2026
102
11:33 / 29 Noyabr 2026
113
10:55 / 29 Noyabr 2026
113
10:25 / 29 Noyabr 2026
209
10:24 / 29 Noyabr 2026
433
10:00 / 29 Noyabr 2026
271
09:58 / 29 Noyabr 2026
134
09:54 / 29 Noyabr 2026
126
09:15 / 29 Noyabr 2026
146
01:31 / 29 Noyabr 2026
237
01:22 / 29 Noyabr 2026
223
00:11 / 29 Noyabr 2026
310
23:56 / 28 Noyabr 2026
649
23:47 / 28 Noyabr 2026
244
23:36 / 28 Noyabr 2026
989
23:13 / 28 Noyabr 2026
254
22:57 / 28 Noyabr 2026
256
22:29 / 28 Noyabr 2026
267
22:11 / 28 Noyabr 2026
259
22:01 / 28 Noyabr 2026
247
21:50 / 28 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.