Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab
08 Noyabr 2026, 10:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
274
08.09.2026, 16:13
Sentyabrın 15-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edəcək.
Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, şənbə və bazar günləri yerinə yetiriləcək. Yeni uçuş cədvəli sərnişinlərə turizm, işgüzar səfərlər və digər məqsədlərlə səyahətlərini münasib qaydada planlaşdırmaq üçün əlavə imkanlar yaradacaq.
"Səudiyyə Ərəbistanının əsas iqtisadi, turizm və nəqliyyat mərkəzlərindən biri olan Ciddə Qırmızı dəniz sahilində yerləşir. Şəhər ölkənin mühüm biznes və turizm mərkəzlərindən olmaqla yanaşı, Məkkəyə və Mədinəyə səfər edən sərnişinlər üçün də əsas hava nəqliyyatı qovşaqlarından biridir. Ciddəyə birbaşa uçuşların bərpası Azərbaycanla Səudiyyə Ərəbistanı arasında səyahət imkanlarını genişləndirməklə yanaşı, sərnişinlərə iki ölkə arasında daha rahat hava əlaqəsindən yararlanmağa imkan verəcək. Biletləri AZAL-ın internet səhifəsi və yaxud mobil tətbiqi, həmçinin aviaşirkətin satış ofisləri və akkreditə olunmuş agentlikləri vasitəsilə əldə etmək mümkündür", - AZAL-dan qeyd edilib.
19:59 / 08 Noyabr 2026
37
19:54 / 08 Noyabr 2026
37
19:47 / 08 Noyabr 2026
538
19:38 / 08 Noyabr 2026
104
19:28 / 08 Noyabr 2026
170
19:16 / 08 Noyabr 2026
79
18:57 / 08 Noyabr 2026
86
18:55 / 08 Noyabr 2026
235
18:39 / 08 Noyabr 2026
217
18:35 / 08 Noyabr 2026
240
18:30 / 08 Noyabr 2026
224
18:28 / 08 Noyabr 2026
232
18:22 / 08 Noyabr 2026
143
18:13 / 08 Noyabr 2026
242
18:11 / 08 Noyabr 2026
102
18:09 / 08 Noyabr 2026
130
18:02 / 08 Noyabr 2026
223
17:43 / 08 Noyabr 2026
143
17:41 / 08 Noyabr 2026
125
17:27 / 08 Noyabr 2026
310
17:23 / 08 Noyabr 2026
177
17:20 / 08 Noyabr 2026
2388
17:18 / 08 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.