İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur
28 Oktyabr 2026, 01:39
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
198
28.08.2026, 18:10
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə şagirdlərin rəqəmsal savadlılığının əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. Bu gün uşaqlar texnologiya ilə erkən yaşlardan tanış olur, müxtəlif rəqəmsal platformalardan istifadə edir və informasiya axtarışında texnologiyanın imkanlarından yararlanırlar.
Lakin problem ondadır ki, azyaşlılar və yeniyetmələr bir çox hallarda texnologiyanın ən son imkanlarını mütəxəssis nəzarəti olmadan, kontrolsuz şəkildə öyrənirlər. Bu isə onların müxtəlif xoşagəlməz hallarla üzləşməsi riskini artırır.
Oxu24.com xəbər verir ki , bu sözləri təhsil eksperti Turan Hüseynov KONKRET.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, əsas məsələ uşaqların texnologiyadan istifadə edib-etməməsi deyil, ondan düzgün, təhlükəsiz və məqsədyönlü istifadə etməyi öyrənməsidir:
“Bu istiqamətdə dərslərlə yanaşı, məktəb psixoloqları da aktiv fəaliyyətə cəlb edilməlidir. Medianın dəstəyini də unutmaq olmaz. Xüsusilə televiziya kanallarında uşaqların və valideynlərin rəqəmsal təhlükəsizliklə bağlı maarifləndirilməsinə yönəlmiş verilişlərin hazırlanmasını zəruri hesab edirəm”.
Ekspert vurğulayıb ki, süni intellektlə bağlı təhsil sistemində müəyyən hazırlıq və adaptasiya prosesi gedir.
“Artıq şagird və tələbələrin dərslərə hazırlıq zamanı süni intellekt alətlərindən istifadə etməsi danılmaz faktdır. Süni intellekt çox sürətlə inkişaf etdiyi üçün təhsil proqramlarının da bu dəyişikliklərə uyğunlaşdırılması vacibdir.
Burada məqsəd şagirdə sadəcə hər hansı süni intellekt proqramından istifadə etməyi öyrətmək deyil. Ona süni intellektin imkanlarını düzgün qiymətləndirməyi, əldə etdiyi məlumatları yoxlamağı, bu texnologiyadan etik və məsuliyyətli şəkildə istifadə etməyi öyrətmək əsas hədəf olmalıdır.
Düşünürəm ki, yaxın illərdə rəqəmsal savadlılıq və süni intellekt bacarıqlarının təhsil proqramlarında daha geniş yer alması qaçılmazdır. Azərbaycan təhsil sisteminin də bu qlobal prosesə uyğunlaşmaq üçün kifayət qədər potensialı var.
Əsas məsələ texnologiyanı təhsilin məqsədinə çevirmək deyil, onu şagirdlərin daha yaxşı öyrənməsi, yaradıcı düşünməsi və gələcəyin əmək bazarına hazırlanması üçün effektiv vasitəyə çevirməkdir”.
01:39 / 28 Oktyabr 2026
1
01:33 / 28 Oktyabr 2026
26
00:25 / 28 Oktyabr 2026
69
00:10 / 28 Oktyabr 2026
438
23:47 / 27 Oktyabr 2026
87
23:45 / 27 Oktyabr 2026
72
23:34 / 27 Oktyabr 2026
79
23:19 / 27 Oktyabr 2026
95
23:04 / 27 Oktyabr 2026
211
22:48 / 27 Oktyabr 2026
85
22:46 / 27 Oktyabr 2026
115
22:44 / 27 Oktyabr 2026
79
22:41 / 27 Oktyabr 2026
85
22:39 / 27 Oktyabr 2026
237
22:37 / 27 Oktyabr 2026
83
22:24 / 27 Oktyabr 2026
94
22:21 / 27 Oktyabr 2026
79
22:03 / 27 Oktyabr 2026
369
21:55 / 27 Oktyabr 2026
80
21:46 / 27 Oktyabr 2026
83
21:33 / 27 Oktyabr 2026
750
21:14 / 27 Oktyabr 2026
521
21:09 / 27 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.