Qaynar xətt:

(+99450) 247 90 86

20 qəpik Azərbaycanda, 7 manat qonşuda - FOTO 

20 qəpik Azərbaycanda, 7 manat qonşuda - FOTO 

DÜNYA

100

19.03.2026, 22:11

Türkiyənin İstanbul şəhərində keşnişin qiyməti sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

 

Oxu24.com  Musavat.com-a istinadən xəbər verir ki, məlumatı həmin ölkədə yaşayan jurnalist Dərya Nur Cəfərova paylaşıb. Onun sözlərinə görə, qablaşdırılmış formada satılan 1 dəstə keşnişin qiyməti Azərbaycan pul vahidi ilə 7 manat 10 qəpik təşkil edir. Jurnalist qeyd edib ki, bu məhsulu 7 manatdan ucuz tapmaq demək olar ki, mümkün deyil.

 

Maraqlıdır ki, şərhlərdə fərqli qiymətlər də səsləndirilib. Bəzi istifadəçilər bildiriblər ki, Ankara şəhərində keşnişin 1 dəstəsi təxminən 60 qəpiyə, kilosu isə 5 manata təklif olunur.

Qiymətlər arasındakı fərq Azərbaycanla müqayisədə daha qabarıq görünür. Belə ki, Azərbaycanda 1 dəstə keşnişin qiyməti cəmi 20 qəpik təşkil edir. Bu isə İstanbul ilə müqayisədə dəfələrlə ucuz deməkdir.