Qaynar xətt:

(+99450) 247 90 86

Polis restoranı tərk etməyən dilənçini “kəllələdi”

Polis restoranı tərk etməyən dilənçini “kəllələdi”

DÜNYA

1073

13.06.2019, 15:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Rumıniyanın qərbində yerləşən Qatay şəhərində polis restoranın açıq terrasına daxil olmuş dilənçini döyüb.
Hadisənin həvəskar görüntüsü “Liveleak” videoportalında yayılıb.
Kadrlarda polis əməkdaşının dilənçiyə yaxınlaşaraq ona başı ilə ağır zərbə endirdiyini görmək olur. Görüntünün sosial şəbəkələrə sızaraq, bir milyondan çox baxış sayı qazanmasından sonra hadisə ilə əlaqədar araşdırma başlanılıb, adı açıqlanmayan polis əməkdaşı müvəqqəti olaraq xidmətdən kənarlaşdırılıb.