Qaynar xətt:

(+99450) 247 90 86

Putin onu qəbul etdi

Putin onu qəbul etdi

DÜNYA

630

13.08.2025, 20:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putin Kremldə Federal Vergi Xidmətinin rəhbəri Daniil Eqorovla işgüzar görüş keçirib.

Oxu24.com  xəbər  verir    ki, bu barədə Kremlin saytında məlumat verilib.

Eqorov xüsusilə Rusiya liderinə 2025-ci ilin yanvar-iyun ayları üçün büdcəyə vergi daxilolmaları barədə məlumat verib.

Kremldə Yeqorovla əvvəlki görüşdə Putin bildirib ki, 2024-cü ildə Rusiya büdcəsinə vergi daxilolmaları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20% artaraq, demək olar ki, 46 trilyon rubl təşkil edib.

Federal Vergi Xidmətinin rəhbəri qeyd edib ki, ən yaxşı göstəricilər federal büdcə üzrə olub - hesabat dövründə orada 20,2 trilyon rubl daxil olub ki, bu da 2023-cü illə müqayisədə 30% çoxdur.

Nigar