Qaynar xətt:

(+99450) 247 90 86

Priqojinin kürəkəni Ukraynada ölüb 

Priqojinin kürəkəni Ukraynada ölüb 

DÜNYA

523

12.08.2025, 18:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyalı prodüser İosif Priqojinin qızı Danayanın əri Yevgeni Tkaçenko məhkəmənin qərarı ilə ölü elan edilib.

Oxu24.com   xəbər verir  ki,   bu  barədə  Priqojinin özü RBC-yə bildirib.

Çərşənbə axşamı Moskvanın Solntsevski Məhkəməsi Priqojinin qızının iddiası əsasında Rusiya-Ukrayna müharibəsində iştirak etmiş əri Tkaçenkonu ölmüş elan edib.

“Bəli, Tkaçenkonun öldüyünü elan edən məhkəmə qərarı var, təəssüf ki, bu, doğrudur”, - prodüser bildirib.

Nəşr qeyd edir ki, bu ilin fevralında Danaya ərinin Rusiya-Ukrayna cəbhəsində yoxa çıxması barədə məlumat verib.

Cütlük 2022-ci ildə ailə qurub və həmin ilin yayında onların bir oğlu olub.

Priqojin əvvəllər qismən səfərbərlik elan edildikdən sonra kürəkəninin çağırış vərəqəsi aldığını bildirmişdi - həmin vaxt gəncin 25 yaşı var idi. 2023-cü ilin noyabrında cəbhəyə getdi, iki ay sonra isə əlaqəni kəsdi. Rusiya mediası qeyd edib ki, Tkaçenko Osipovkada “Panda” çağırış nişanlı pulemyotçu-kəşfiyyatçı olub.

Nigar