Ürəyi 45 dəqiqə dayandı, o dünyadan qayıtdı və bunları danışdı: ŞOK DETALLAR
15 Avqust 2026, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
598
08.08.2025, 09:30
Hindistan neftayırma zavodları Rusiyadan neft almağı dayandırır.
Oxu24.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Hindistanda dövlət neft emalı zavodları Rusiyadan xammalın tədarükünü dayandırır.
“Ən böyük dövlət neft şirkətləri Vaşinqtonun təzyiqi və ABŞ Prezidenti Donald Trampın Hindistan ixracına əlavə rüsumlar tətbiq etməsi səbəbindən müvəqqəti olaraq Rusiya neftini almaqdan imtina ediblər. Onlar hökumətdən rəsmi göstəriş almayana qədər Rusiya nefti üçün tender elan etməmək qərarına gəliblər”, - deyə agentlik yazıb.
Məlumata görə, Hindistan neft şirkətləri Rusiyadan xammal tədarükünü ABŞ, Braziliya və Liviyadan gələn neftlə əvəz etməyi planlaşdırırlar.
Hindistan hakimiyyəti Rusiya neftinin alınmasını rəsmən qadağan etməsə də, hökumət şirkətlərdən ABŞ ilə münasibətlərin daha da pisləşəcəyi təqdirdə alternativ tədarük variantları hazırlamağı xahiş edib.
Amerika liderinin Rusiya neftini alan ölkələrə rüsumların artırılması ilə bağlı hədələrinə cavab olaraq Hindistanın Baş naziri Narendra Modi güzəştə getməyəcəyinə söz verib. O, yüksək qiymət ödəməli olsa belə, ölkə fermerlərinin mənafeyinə xələl gətirməyəcəyini bildirib.
Xatırladaq ki, avqustun 6-da Hindistan Rusiya ilə sənaye və texnoloji sahədə əməkdaşlığı genişləndirmək üçün müqavilə imzalayıb. Sənəd prezident Trampın Rusiya neftinin alınmasına görə Hindistana 25 faiz rüsum tətbiq etməsindən sonra imzalanıb.
22:24 / 15 Avqust 2026
17
21:57 / 15 Avqust 2026
37
21:37 / 15 Avqust 2026
98
21:35 / 15 Avqust 2026
44
21:30 / 15 Avqust 2026
833
21:24 / 15 Avqust 2026
54
21:24 / 15 Avqust 2026
49
21:17 / 15 Avqust 2026
61
21:17 / 15 Avqust 2026
273
21:16 / 15 Avqust 2026
119
20:34 / 15 Avqust 2026
57
20:06 / 15 Avqust 2026
92
19:44 / 15 Avqust 2026
79
19:31 / 15 Avqust 2026
86
19:29 / 15 Avqust 2026
79
19:17 / 15 Avqust 2026
84
19:04 / 15 Avqust 2026
75
18:42 / 15 Avqust 2026
86
18:30 / 15 Avqust 2026
68
18:16 / 15 Avqust 2026
74
18:03 / 15 Avqust 2026
104
15:19 / 15 Avqust 2026
126
14:56 / 15 Avqust 2026
247
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.