Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
17 Noyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
557
07.08.2025, 13:37
Rusiyada fəaliyyət göstərən "Baza" Telegram kanalının baş redaktoru Qleb Trifonovun vəkili onun barəsində çıxarılmış həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edir.
Oxu24.com xəbər verir b ki, Moskva Şəhər Məhkəməsi bu gün “Baza” kanalının baş redaktorunun həbsi ilə bağlı vəkilin şikayətinə baxır.
İclasda Aleksey Mixalçik həbs qətimkan tədbirinin ev dustaqlığına və ya müəyyən hərəkətlərə qadağaya dəyişdirilməsi üçün girov kimi 3 milyon rubl qoymağı təklif edib.
Onun sözlərinə görə, Trifonovun anası bu məbləği ödəməyə hazırdır.
Xatırladaq ki, iyulun 23-də Moskvanın Zamoskvoretski rayon məhkəməsi “Baza” Telegram kanalının baş redaktoru Qleb Trifonov və prodüser Tatyana Lukyanovanı sentyabrın 20-dək həbs edib.
Onlar bir qrup şəxs tərəfindən rüşvət almaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsi) ittiham olunurlar.
Onlar günahlarını etiraf etməyiblər.
Jurnalistlərin vəkili əvvəllər bildirib ki, işə cəlb olunan məbləğ 150 min rubldan çox deyil. Bu iş üzrə 3 polis əməkdaşı da həbs edilib - Sergey Kovalev, Aleksandr Ablaev və Aleksandr Selivanov.
İstintaqın məlumatına görə, onlar iki il ərzində rüşvət müqabilində Telegram kanalının əməkdaşlarına rəsmi məlumat ötürüblər.
Miri
13:24 / 17 Noyabr 2026
33
13:22 / 17 Noyabr 2026
37
12:58 / 17 Noyabr 2026
49
12:55 / 17 Noyabr 2026
65
12:43 / 17 Noyabr 2026
56
12:25 / 17 Noyabr 2026
68
12:05 / 17 Noyabr 2026
467
11:58 / 17 Noyabr 2026
76
11:56 / 17 Noyabr 2026
249
11:28 / 17 Noyabr 2026
82
11:00 / 17 Noyabr 2026
104
10:54 / 17 Noyabr 2026
103
10:50 / 17 Noyabr 2026
120
10:45 / 17 Noyabr 2026
112
10:32 / 17 Noyabr 2026
120
10:30 / 17 Noyabr 2026
130
10:22 / 17 Noyabr 2026
128
10:17 / 17 Noyabr 2026
124
10:13 / 17 Noyabr 2026
121
10:00 / 17 Noyabr 2026
118
09:58 / 17 Noyabr 2026
506
09:54 / 17 Noyabr 2026
1101
09:45 / 17 Noyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.