Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM
18 Oktyabr 2026, 18:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
546
07.08.2025, 12:48
Tailand və Kamboca nümayəndələri ümumi sərhədlərində gərginliyi azaltmaq üçün razılığa gəliblər.
Oxu24.com xəbər verir ki, danışıqlar Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) nümayəndələrinin iştirakı ilə baş tutub.
Tailand hökumətinin məlumatına görə, sərhəddəki vəziyyətin nizamlanması üzrə ikitərəfli komitənin iclası 13 bənddən ibarət sazişin imzalanması ilə başa çatıb.
Sənəddə tərəflər tam atəşkəsə sadiq olduqlarını təsdiqləyib, silahdan istifadə etməyəcəklərini və onları artırmadan mövcud qoşunların mövqelərini qoruyub saxlamağa söz veriblər.
Kamboca Mətbuat Agentliyinin dərc etdiyi sazişin mətninə əsasən, tərəflər sazişlərin icrasına nəzarət etmək üçün Malayziyanın rəhbərlik etdiyi ASEAN müşahidəçi missiyasını da qəbul etməyə hazır olduqlarını bildiriblər. Komitənin yeni iclasının növbəti aya keçirilməsi nəzərdə tutulub.
Münaqişə iyulun 24-də Kambocanın Oddar Myeonqçey əyalətinin mübahisəli sərhəd zonası ərazisində kəskinləşib. Tailand Silahlı Qüvvələrinin məlumatına görə, Kambocanın ağır silahlardan istifadə etməsinə cavab olaraq döyüş təyyarələri yerləşdirilib. Kamboca Müdafiə Nazirliyi ordunun hərəkətlərinin müdafiə xarakteri daşıdığını və Tailand qoşunlarının onların ərazisinə daxil olmasına cavab olduğunu bildirib.
İyulun 28-də Malayziyanın baş naziri Ənvər İbrahim Taylandın baş naziri səlahiyyətlərini icra edən Phumtham Veçayaçai ilə Kambocanın baş naziri Khun Manet arasında aparılan danışıqlardan sonra atəşkəs əldə olunduğunu açıqlayıb.
Tərəflər diplomatik həllin növbəti insidentlərin qarşısını almağa və sərhəddə vəziyyəti sabitləşdirməyə kömək edəcəyinə ümid etdiklərini bildiriblər.
Miri
18:55 / 18 Oktyabr 2026
1
18:47 / 18 Oktyabr 2026
30
18:37 / 18 Oktyabr 2026
60
18:32 / 18 Oktyabr 2026
255
18:30 / 18 Oktyabr 2026
51
18:25 / 18 Oktyabr 2026
75
18:20 / 18 Oktyabr 2026
1419
18:15 / 18 Oktyabr 2026
56
18:00 / 18 Oktyabr 2026
60
17:21 / 18 Oktyabr 2026
105
16:10 / 18 Oktyabr 2026
97
16:05 / 18 Oktyabr 2026
102
15:55 / 18 Oktyabr 2026
105
15:35 / 18 Oktyabr 2026
262
15:25 / 18 Oktyabr 2026
117
15:12 / 18 Oktyabr 2026
175
15:00 / 18 Oktyabr 2026
323
14:55 / 18 Oktyabr 2026
3263
14:50 / 18 Oktyabr 2026
162
14:41 / 18 Oktyabr 2026
220
14:29 / 18 Oktyabr 2026
2235
14:21 / 18 Oktyabr 2026
121
14:15 / 18 Oktyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.