Qaynar xətt:

(+99450) 247 90 86

Yəmən sahillərində faciə

Yəmən sahillərində faciə

DÜNYA

555

04.08.2025, 11:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) bazar günü, avqustun 3-də Associated Press agentliyinə verdiyi məlumata görə, ən azı 68 efiopiyalı miqrant Yəmən sahillərində Ədən körfəzində qayığın çevrilməsi nəticəsində boğulub.

Oxu24.com  xəbər  verir  ki, faciə Yəmənin Abyan əyalətinin sahillərində baş verib.

BMQT-nin Yəmən ofisinin məlumatına görə, qayıqda 154 miqrant olub. Onlardan 68-nin cəsədi sahilə çıxıb. Daha 74 nəfər itkin düşüb. 12 nəfər xilas edilib.

Afrikalı miqrantlar Səudiyyə Ərəbistanına və iş tapa biləcəkləri digər Körfəz ölkələrinə çatmaq üçün Cibuti və Eritreyadan dəniz yolu ilə Yəmənə çatmağa çalışırlar. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2024-cü ildə 60 mindən çox insan bu səyahətə çıxıb.

Nigar