Nəhəng xaç keşişin üzərinə aşdı - Video
18 Oktyabr 2026, 20:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
532
04.08.2025, 10:59
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə növbəti namizədi təqdim edəcək.
Oxu24.com xəbər verir ki, Ağ Ev rəhbərinin avqustun 3-də jurnalistlərə verdiyi məlumata görə, o, ABŞ Əmək Departamentinin Əmək Statistikaları Bürosunun yeni rəhbəri vəzifəsinə namizədi də elan edəcək.
Avqustun 1-də ABŞ əmək bazarının kəskin zəiflədiyini göstərən statistik məlumatların açıqlanmasından sonra prezident onun rəhbəri Erika MakEntarferi işdən çıxarıb.
Tramp ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən təyin edilən MakEntarferi məşğulluq statistikasını saxtalaşdırmaqda ittiham edib.
Lakin respublikaçıların iddialarını təsdiqləyən heç bir sübut təqdim edilmədi.
ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb ki, MakEntarferi “daha səriştəli və ixtisaslı” biri əvəz edəcək.
Tramp dəfələrlə FED-in baza faiz dərəcəsini aşağı salmaqdan imtina etməsi fonunda FED-in hazırkı sədri Cerom Pauelin vəzifəsindən azad edilməsinə nail olmaq istədiyini bildirib. Siyasətçinin fikrincə, bu addım Amerika büdcəsinə ildə 1 trilyon dollara qədər qənaət etməyə kömək etməlidir.
Belə ki, iyulun 8-də Tramp bildirib ki, Pauell istefa verməlidir ki, ölkədə əsas faiz dərəcəsi aşağı salınsın.
Bundan əvvəl Tramp əsas dərəcəsi azaltmaqdan imtina etdiyi üçün Paueli axmaq adlandırmışdı.
Miri
23:59 / 18 Oktyabr 2026
73
23:49 / 18 Oktyabr 2026
69
23:32 / 18 Oktyabr 2026
79
23:21 / 18 Oktyabr 2026
100
22:54 / 18 Oktyabr 2026
94
22:03 / 18 Oktyabr 2026
111
21:52 / 18 Oktyabr 2026
100
21:31 / 18 Oktyabr 2026
115
21:26 / 18 Oktyabr 2026
124
21:20 / 18 Oktyabr 2026
94
21:13 / 18 Oktyabr 2026
165
21:08 / 18 Oktyabr 2026
110
20:58 / 18 Oktyabr 2026
82
20:39 / 18 Oktyabr 2026
103
20:25 / 18 Oktyabr 2026
120
20:09 / 18 Oktyabr 2026
144
19:56 / 18 Oktyabr 2026
176
19:42 / 18 Oktyabr 2026
205
19:30 / 18 Oktyabr 2026
962
19:19 / 18 Oktyabr 2026
116
19:09 / 18 Oktyabr 2026
89
18:55 / 18 Oktyabr 2026
777
18:50 / 18 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.