Qaynar xətt:

(+99450) 247 90 86

Apple 3 milyard iPhone satdı

Apple 3 milyard iPhone satdı

DÜNYA

525

01.08.2025, 11:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerikanın “Apple” korporasiyası üç milyardıncı smartfonunu satdığını bildirib.

Oxu24.com   xəbər  verir   ki, bu barədə 9to5Mac nəşri şirkətin rəhbəri Tim Kuka istinadən məlumat yayıb.

2025-ci maliyyə ilinin üçüncü rübünün mənfəəti haqqında hesabat zamanı İT nəhənginin rəhbəri iPhone satışından əldə edilən yüksək gəlirdən danışıb.

Kuk Apple-ın bu yaxınlarda üç milyardıncı smartfonunu satması ilə öyünür. Satılan cihazların hesablanması ilk iPhone-un bazara çıxdığı 2007-ci ildən aparılır.

Jurnalistlər xatırladıblar ki, “Apple” 2016-cı ilin iyulunda milyard smartfon satışı barədə məlumat vermişdi.Bu, qurğunun bazara çıxmasından 9 il sonra baş verib. Daha sonra Tim Kuk iPhone-u "tarixin ən vacib, dünyanı dəyişən və uğurlu məhsullarından biri" adlandırdı.

9to5Mac mütəxəssisləri qeyd ediblər ki, şirkət satış məlumatlarını açıqlamağı sevməsə də, Apple-ın nailiyyəti diqqətəlayiqdir. Belə ki, 2018-ci ilin noyabrında korporasiyanın maliyyə direktoru Luka Maestri qeyd edib ki, rübdə satılan cihazların sayı biznesin real vəziyyətini əks etdirmir.

Yanvarda Apple-ın baş direktoru Tim Kuk qeyd edib ki, brendin bütün dünyada aktiv qadcetlərinin sayı 2,35 milyard ədədə çatıb. "Aktiv qadcet" termini şəbəkəyə qoşulmuş cihaz deməkdir.

Nigar