Nəhəng xaç keşişin üzərinə aşdı - Video
18 Oktyabr 2026, 20:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
545
31.07.2025, 13:25
İranın xarici işlər naziri Abbas Erakçi deyib ki, ABŞ danışıqlardan əvvəl 12 günlük müharibədə itkiləri İrana ödəməlidir.
Oxu24.com xəbər verir ki, bu barədə Erakçi Qərb mediasına nüvə müzakirələri ilə bağlı danışıb.
Erakçi Tehran rəhbərliyinin danışıqların bərpası üçün Tramp administrasiyası ilə mövqeyini sərtləşdirdiyini və yeni şərtlər irəli sürdüyünü qeyd edərək, "ABŞ nüvə müzakirələri başlamazdan əvvəl 12 günlük müharibədəki itkiləri kompensasiya etməyə razı olmalıdır", deyə qeyd edib.
Erakçi, danışıqların ortasında İrana hücum etdiklərinə diqqət çəkərək, "Bu hücumun gələcəkdə təkrar olunmayacağına zəmanət verməlidirlər. Onlardan real etimad yaradan addımlar gözləyirik", deyib.
Trampın İrandan sıfır zənginləşdirmə tələb etdiyi müddətcə heç bir razılaşmanın olmayacağını vurğulayan Erakçi, "Hazırda avropalılarla danışıqlar aparmaq üçün heç bir səbəb yoxdur. Çünki onlar nə sanksiyaları qaldıra, nə də başqa bir şey edə bilərlər. Əgər sanksiyaların bərpası mexanizmini işə salsalar, bu, onlar üçün yolun sonu demək olacaq" deyib.
İsrailin hücumlarından sonra danışıqlar dayandırılıb.
İran və ABŞ arasında danışıqlar davam edərkən, İsrail iyunun 13-də İrana hücum edərək həm ABŞ, həm də Avropa ilə danışıqları pozdu.
İran Avropa ölkələrinin 2015-ci il nüvə sazişi ilə ləğv edilmiş BMT sanksiyalarını bərpa edə biləcək “snapback” mexanizmini işə salacağından narahatdır. Bu mexanizm oktyabrın 18-də başa çatır. Gözlənilir ki, İranın nüvə proqramı ilə bağlı həll yolu tapılmasa, Avropa ölkələri həmin tarixdən əvvəl mexanizmi işə sala bilər.
İran, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında 14 iyul 2015-ci ildə sanksiyaların ləğvi müqabilində İranın nüvə fəaliyyətlərini məhdudlaşdıran saziş imzalanıb. ABŞ 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib. İran Avropa ölkələrindən ABŞ-ın sanksiyalarını kompensasiya etmək üçün tədbirlər görmələrini xahiş etmişdi, lakin ABŞ-ın bu addımına qarşı çıxsa da, avropalılar tədbir görməyib.
Bir il sonra İran saziş üzrə öhdəliklərini mərhələli şəkildə ləğv etməyə başladı və daha sonra yüksək səviyyəli uranın zənginləşdirilməsi fəaliyyətinə keçdi.
Böyük Britaniya, Fransa və Almaniya nüvə sazişində ABŞ-ın birtərəfli qaydada çıxmasından sonra həyata keçirilməyən “snapback” bəndini işə salmaqla hədələyir. Bu bənd razılaşmanı pozduğuna görə BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək.
İranın xarici işlər naziri Abbas Erakçi bəyan edib ki, Avropa tərəfləri “müqavilənin əsaslarını pozduqları” və “müqavilədə iştirak rolunu itirdikləri üçün” mexanizmi işə salmaq üçün hüquqi bazaya malik deyillər.
Miri
23:59 / 18 Oktyabr 2026
73
23:49 / 18 Oktyabr 2026
69
23:32 / 18 Oktyabr 2026
79
23:21 / 18 Oktyabr 2026
100
22:54 / 18 Oktyabr 2026
94
22:03 / 18 Oktyabr 2026
111
21:52 / 18 Oktyabr 2026
100
21:31 / 18 Oktyabr 2026
115
21:26 / 18 Oktyabr 2026
124
21:20 / 18 Oktyabr 2026
94
21:13 / 18 Oktyabr 2026
165
21:08 / 18 Oktyabr 2026
110
20:58 / 18 Oktyabr 2026
82
20:39 / 18 Oktyabr 2026
103
20:25 / 18 Oktyabr 2026
120
20:09 / 18 Oktyabr 2026
144
19:56 / 18 Oktyabr 2026
176
19:42 / 18 Oktyabr 2026
205
19:30 / 18 Oktyabr 2026
962
19:19 / 18 Oktyabr 2026
116
19:09 / 18 Oktyabr 2026
89
18:55 / 18 Oktyabr 2026
777
18:50 / 18 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.