Nəhəng xaç keşişin üzərinə aşdı - Video
18 Oktyabr 2026, 20:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
525
31.07.2025, 13:15
Kanadanın baş naziri Mark Karni 2025-ci ilin sentyabrında keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstin dövlətini tanıyacağını açıqlayıb.
Oxu24.com xəbər verir ki,"Kanada çoxdan iki dövlətli həllə sadiqdir - sülh və təhlükəsizlik şəraitində İsrail Dövləti ilə yanaşı yaşayan müstəqil, yaşaya bilən və suveren Fələstin dövləti", - Karni deyib.
O, əlavə edib ki, Ottava “Qəzza zolağında fəlakətə yol verən” İsrail hökumətini pisləyir.
Kanadanın baş nazirinin sözlərinə görə, Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas onu 2026-cı ildə HƏMAS-ın "iştirak etməyəcəyi" seçkilər keçirəcəyinə əmin edib və Fələstin dövlətini "hərbiləşdirməyəcəyinə" söz verib.
İyulun 30-da axşam saatlarında BMT Baş Assambleyasında Malta da Fələstini tanımaq niyyətini açıqlayıb. Baş nazir Robert Abela bildirib ki, bu, ölkənin "Yaxın Şərqdə davamlı sülhə nail olmaq" səylərinin bir hissəsidir.
Reuters qeyd edir ki, Abela Fələstini tanımaq planlarını may ayında ilk dəfə bəyan edib və bunun iyunda keçiriləcək BMT konfransında baş verəcəyini bildirib, lakin sonradan konfrans təxirə salınıb.
İsrail Xarici İşlər Nazirliyi Kanada hökumətinin qərarını "Həmas üçün mükafat" və "Qəzzada atəşkəsə nail olmaq səylərinə zərbə" adlandırıb.
Donald Tramp bildirib ki, Kanadanın Fələstini tanıması ABŞ-la ticarət əlaqələrinə mane olacaq. "Vay! Kanada indicə Fələstin dövlətçiliyini dəstəklədiyini açıqladı. Bu, bizim onlarla ticarət razılaşması əldə etməyimizi xeyli çətinləşdirəcək", - o, Truth sosial şəbəkəsində yazıb.
Kanada Fələstin dövlətinin müstəqilliyini tanımaq niyyətini elan edən üçüncü G7 ölkəsi oldu. G7 liderlərindən Fələstini tanımaq qərarını ilk elan edən Fransa prezidenti Emmanuel Makron, ardınca isə Böyük Britaniyanın baş naziri Key Starmer olub. Hələ may ayında üç Avropa ölkəsi də Fələstinin müstəqilliyini tanıyıb - Norveç, İrlandiya və İspaniya. Həmin vaxt Fələstin dövləti Rusiya və Çin də daxil olmaqla BMT-yə üzv olan 193 ölkədən 143-ü tərəfindən rəsmən tanınıb. ABŞ və İsrail Fələstinin dövlətçiliyini tanımır.
Nigar
23:59 / 18 Oktyabr 2026
73
23:49 / 18 Oktyabr 2026
69
23:32 / 18 Oktyabr 2026
79
23:21 / 18 Oktyabr 2026
100
22:54 / 18 Oktyabr 2026
94
22:03 / 18 Oktyabr 2026
111
21:52 / 18 Oktyabr 2026
100
21:31 / 18 Oktyabr 2026
115
21:26 / 18 Oktyabr 2026
124
21:20 / 18 Oktyabr 2026
94
21:13 / 18 Oktyabr 2026
165
21:08 / 18 Oktyabr 2026
110
20:58 / 18 Oktyabr 2026
82
20:39 / 18 Oktyabr 2026
103
20:25 / 18 Oktyabr 2026
120
20:09 / 18 Oktyabr 2026
144
19:56 / 18 Oktyabr 2026
176
19:42 / 18 Oktyabr 2026
205
19:30 / 18 Oktyabr 2026
962
19:19 / 18 Oktyabr 2026
116
19:09 / 18 Oktyabr 2026
89
18:55 / 18 Oktyabr 2026
777
18:50 / 18 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.