Tramp İrana sərt xəbərdarlıq edib
17 Noyabr 2026, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
659
30.07.2025, 13:55
Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının atdığı addımlar Vaşinqtonun Pekinlə rəqabət qabiliyyətini zəiflətdiyi üçün Çin dünya səhnəsində yarışda ABŞ-ı qabaqlayır.
Oxu24.com “Politico”-ya istinadən xəbər verir ki, ölkənin NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalder Çinin üstünlüyündən danışıb.
"Çin ABŞ ilə rəqabətdə qalib gəlir. Tramp administrasiyası o qədər addımlar atıb ki, bu da rəqibinin əlinə keçib və onun bu vəziyyəti dəyişmək imkanlarını zəiflədir. Və tezliklə biz bu tendensiyanın geri dönməz olacağı bir nöqtəyə gələcəyik", - o qeyd edib.
Daalder xüsusilə ABŞ administrasiyasının sırf ideoloji səbəblərdən aparıcı universitetlərə federal tədqiqat maliyyəsini və qrantları azaltması, habelə əcnəbi tələbələr və alimlər üçün immiqrasiya qaydalarını sərtləşdirməsi ilə bağlı qalmaqalları vurğuladı. Onun sözlərinə görə, bu cür siyasətlər ona gətirib çıxarıb ki, bu gün ABŞ-da yaşayan alimlərin təxminən 75 faizi xaricə işləmək üçün ölkəni tərk etmək istəyir.
Keçmiş daimi nümayəndə belə yekunlaşdırıb ki, Vaşinqton bu yolla “özünü təkcə ayağından deyil, onsuz da başından da vurur” və vəziyyət dəyişməsə, Birləşmiş Ştatlar tezliklə onu təkcə Çin deyil, həm də dünyanın digər ölkələri tərəfindən keçdiyini görəcək.
Daha əvvəl Tramp bildirmişdi ki, Çin prezidenti Si Cinpin onu Çinə dəvət etmək istəyir və hazırda dövlət başçılarının təklif olunan sammitinin tarixləri razılaşdırılır. Amerika lideri bu səfəri səbirsizliklə gözlədiyini etiraf edib.
Nigar
15:43 / 17 Noyabr 2026
1
15:12 / 17 Noyabr 2026
80
15:07 / 17 Noyabr 2026
72
14:52 / 17 Noyabr 2026
75
14:35 / 17 Noyabr 2026
80
14:15 / 17 Noyabr 2026
75
14:02 / 17 Noyabr 2026
88
13:57 / 17 Noyabr 2026
100
13:45 / 17 Noyabr 2026
100
13:24 / 17 Noyabr 2026
120
13:22 / 17 Noyabr 2026
129
12:58 / 17 Noyabr 2026
115
12:55 / 17 Noyabr 2026
123
12:43 / 17 Noyabr 2026
120
12:25 / 17 Noyabr 2026
124
12:05 / 17 Noyabr 2026
744
11:58 / 17 Noyabr 2026
133
11:56 / 17 Noyabr 2026
382
11:28 / 17 Noyabr 2026
121
11:00 / 17 Noyabr 2026
162
10:54 / 17 Noyabr 2026
144
10:50 / 17 Noyabr 2026
162
10:45 / 17 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.