Nəhəng xaç keşişin üzərinə aşdı - Video
18 Oktyabr 2026, 20:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
571
30.07.2025, 13:25
Tanınmamış Somalilandın hakimiyyəti beynəlxalq tanınma müqabilində ABŞ-a hərbi bazanın yaradılması və təbii sərvətlərin işlənməsinə dair razılaşmalar təklif etməyə hazırdır.
CityPost.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi regionun rəhbəri Abdirahman Mohamed Abdullahiyə istinadən məlumat yayıb.
Abdullahi agentliyə bildirib ki, Somaliland hakimiyyəti ABŞ-ın Somalidəki səfirliyi və ABŞ Dövlət Departamenti ilə iqtisadi əməkdaşlıq, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində tərəfdaşlıq qurmaq üçün danışıqlar aparır.
Onun sözlərinə görə, bununla bağlı Vaşinqtona səfər etməyi planlaşdırır.
Eyni zamanda o, ABŞ-la müqavilələrin bağlanmasının Somalinin rəsmi tanınmasından asılı olmadığını vurğulayıb.
Abdullahi həmçinin qeyd edib ki, son aylarda ABŞ-ın Somalidəki səfiri dəfələrlə Somalilandda olub, dekabrda isə Pentaqonun nümayəndələri bölgəyə gəliblər.
Dövlət Departamenti ABŞ səfirinin və digər rəsmi şəxslərin Somalilendə səfərlərini təsdiqləyib, lakin onun tanınması ilə bağlı region nümayəndələri ilə fəal danışıqlar aparmadığını vurğulayıb. Departament həmçinin xatırladıb ki, ABŞ Somalinin suverenliyini və ərazi bütövlüyünü tanıyır.
1991-ci ildə Siad Barre rejiminin süqutundan sonra Somali faktiki olaraq ayrı-ayrı bölgələrə parçalandı. Beynəlxalq ictimaiyyət yalnız paytaxt Moqadişu və bir sıra digər ərazilərə nəzarət edən federal hökuməti tanıyır. Ölkənin qalan hissəsi tanınmamış qurumların və ya özünü idarə edən bölgələrin nəzarəti altındadır. Şimalda müstəqilliyini elan edən, lakin tanınmayan və rəsmi olaraq Somalinin bir hissəsi sayılan Somaliland Respublikası yerləşir. Şərqdə 1998-ci ildə özünüidarəetmə elan edən Puntland muxtar bölgəsidir.
Nigar
23:59 / 18 Oktyabr 2026
73
23:49 / 18 Oktyabr 2026
69
23:32 / 18 Oktyabr 2026
79
23:21 / 18 Oktyabr 2026
100
22:54 / 18 Oktyabr 2026
94
22:03 / 18 Oktyabr 2026
111
21:52 / 18 Oktyabr 2026
100
21:31 / 18 Oktyabr 2026
115
21:26 / 18 Oktyabr 2026
124
21:20 / 18 Oktyabr 2026
94
21:13 / 18 Oktyabr 2026
165
21:08 / 18 Oktyabr 2026
110
20:58 / 18 Oktyabr 2026
82
20:39 / 18 Oktyabr 2026
103
20:25 / 18 Oktyabr 2026
120
20:09 / 18 Oktyabr 2026
144
19:56 / 18 Oktyabr 2026
176
19:42 / 18 Oktyabr 2026
205
19:30 / 18 Oktyabr 2026
962
19:19 / 18 Oktyabr 2026
116
19:09 / 18 Oktyabr 2026
89
18:55 / 18 Oktyabr 2026
777
18:50 / 18 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.