Rusiya üçün ŞOK! Ukrayna onu əsir götürdü
14 Dekabr 2025, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
586
29.07.2025, 09:00
31/ATLAS adlı sirli, nəhəng kosmik gəminin Yerin Günəş sisteminə doğru hücuma keçdiyi bildirilir. Nəzəriyyələrə görə, düşmən yadplanetlilər noyabrda Yerə enəcək və dağıntılar törədəcəklər!
Oxu24.com xəbər verir ki, bu barədə "Euronews" yazıb.
"Müharibəyə hazır olun!" Sosial şəbəkələrdə yayılan iddialara görə, düşmən yadplanetliləri daşıyan kosmik gəmi Yerə yaxınlaşır. Bu iddialar astronomların iyulun 1-nə keçən gecə Günəşə doğru yüksək sürətlə hərəkət edən qeyri-adi göy cismini aşkar etmələrinə əsaslanır. Tarixə istinad edən sosial media yazıları 2025-ci ilin noyabrında yerdənkənar canlıların sürətlə Yerə çatacağlnı iddia edirlər. Bu yadplanetlilər bir çox filmlərdə olduğu kimi qardaş və ya dost deyil, əksinə düşməndirlər.
"3I/ATLAS adlı bu kosmik gəminin orbiti onun Günəş sistemimizdən kənarda olan "ulduzlararası" cisim olduğunu göstərir. Astronomlar 3I/ATLAS-ın kometa olduğuna inanırlar. Bununla belə, bir yazıda üç fizik bu obyektin həqiqətən də yerdənkənar canlılara aid ola biləcəyini iddia edirlər. Noyabrda yadplanetlilərin Yer kürəsini işğal edəcəyi ilə bağlı fərziyyələr irəli sürürlər", - "Euronews"un hesabatında deyilir.
Həmçinin oxuyun
Kosmik gəmi olduğu iddia edilən və 31/ATLAS adlı sirli obyekt ən sürətli göy cismidir. Məlumata görə, 3I/ATLAS Günəş sisteminə ilk xarici ziyarətçi deyil. Bununla belə, o, 245.000 km/saat (150.000 mil/saat) sürətlə hərəkət edir ki, bu da Günəş Sistemində indiyə qədər aşkar edilmiş ən yüksək sürətdir. Onun 20 km ölçüdə nəhəng bir obyekt olduğu da bildirilir. ABŞ-ın kosmik agentliyi olan NASA da açıqlamasında, "3I/ATLAS kometasının Günəş sisteminin xaricindən gəldiyini bildirib".
"31/ATLAS inkişaf etmiş bir sivilizasiyanın göndərdiyi casus gəmisi ola bilər. Əgər fərziyyə doğru olarsa, bəşəriyyət üçün dəhşətli nəticələr ola bilər", - Harvard Universitetinin astrofiziki Avi Loeb xəbərdarlıq edib.
Kosmik gəmiyə qarşı çıxanlar, sirli obyektin kometa olduğunu iddia edirlər. Astronom Darril Seliqman, "Bütün məlumatlar onun başqa bir ulduz sistemindən gələn kometa olduğuna işarə edir" deyib.
17:51 / 15 Dekabr 2025
30
17:37 / 15 Dekabr 2025
397
17:14 / 15 Dekabr 2025
50
17:08 / 15 Dekabr 2025
46
16:59 / 15 Dekabr 2025
115
16:49 / 15 Dekabr 2025
442
16:40 / 15 Dekabr 2025
102
16:26 / 15 Dekabr 2025
114
16:16 / 15 Dekabr 2025
76
15:55 / 15 Dekabr 2025
164
15:45 / 15 Dekabr 2025
444
15:20 / 15 Dekabr 2025
602
15:17 / 15 Dekabr 2025
103
15:00 / 15 Dekabr 2025
515
14:53 / 15 Dekabr 2025
1859
14:48 / 15 Dekabr 2025
77
14:39 / 15 Dekabr 2025
87
14:19 / 15 Dekabr 2025
543
14:13 / 15 Dekabr 2025
278
14:11 / 15 Dekabr 2025
86
13:00 / 15 Dekabr 2025
815
12:42 / 15 Dekabr 2025
1234
12:36 / 15 Dekabr 2025
79
11:45 / 15 Dekabr 2025
142
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.