Tramp İrana sərt xəbərdarlıq edib
17 Noyabr 2026, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
615
25.07.2025, 13:40
Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) Rusiya Silahlı Qüvvələrinin cəbhə xəttində qeyri-adi və dəhşətli davranışlarını sənədləşdirməyə davam edir.
Oxu24.com Mİnval.az-a istinadən xəbər verir ki, Almaniyanın BILD nəşrinin hərbi müşahidəçisi Julian Röpke yazır ki, dron vasitəsilə çəkilən bir neçə videoda rus əsgərlərinin yaralı yoldaşlarını bilərəkdən öldürdüyü açıq şəkildə görünür.
Son yayımlanan videolardan birində səngərdə uzanan və qollarını hərəkət etdirərək sağ olduğunu göstərən yaralı rus əsgərinə yaxınlaşan döyüşçü onu müayinə etdikdən sonra tüfəngin qundağı ilə baş nahiyəsinə üç dəfə zərbə endirərək öldürür.
Oxşar hadisə 2024-cü ilin iyun ayında qeydə alınıb. Kamikadze dron hücumu nəticəsində yaralanan bir rus əsgəri yerə yıxılıb, onun yaxınlığındakı digər əsgər isə onu başından vuraraq hadisə yerindən uzaqlaşıb. Belə görüntülər daha əvvəl 2024-cü ilin oktyabrında, eləcə də 2025-ci ilin martında da qeydə alınıb.
Ekspertlərin fikrincə, bu cür davranışlar cəbhədə sistemli problemlərdən qaynaqlanır. Julian Röpke bildirir ki, əsas səbəblərdən biri evakuasiya infrastrukturunun tamamilə çökməsi və yaralıların çıxarılması üçün heç bir planın olmamasıdır.
Pokrovsk bölgəsindən olan ukraynalı əsgərin sözlərinə görə, rus bölmələri üçün “yalnız bir yol var – irəli”. Əgər bir döyüşçü yaralanarsa və özü geri dönə bilməzsə, onu ya oradaca ölüm gözləyir, ya da öz silahdaşları tərəfindən məhv edilir.
Müharibə hüququ və insanlıq prinsiplərinə zidd olan bu praktikanın geniş yayıldığı ehtimal olunur. Ukrayna tərəfi bildirir ki, rus ordusunda ciddi əsgər çatışmazlığı, intizamsızlıq və komanda zəifliyi bu cür amansız qərarları zərurətə çevirir.
Hazırda beynəlxalq insan hüquqları təşkilatlarının bu görüntüləri və faktları araşdıracağı gözlənilir.
16:51 / 17 Noyabr 2026
66
16:34 / 17 Noyabr 2026
90
16:29 / 17 Noyabr 2026
79
16:21 / 17 Noyabr 2026
90
16:12 / 17 Noyabr 2026
85
15:57 / 17 Noyabr 2026
98
15:43 / 17 Noyabr 2026
102
15:12 / 17 Noyabr 2026
121
15:07 / 17 Noyabr 2026
110
14:52 / 17 Noyabr 2026
106
14:35 / 17 Noyabr 2026
124
14:15 / 17 Noyabr 2026
108
14:02 / 17 Noyabr 2026
140
13:57 / 17 Noyabr 2026
138
13:45 / 17 Noyabr 2026
158
13:24 / 17 Noyabr 2026
139
13:22 / 17 Noyabr 2026
187
12:58 / 17 Noyabr 2026
167
12:55 / 17 Noyabr 2026
167
12:43 / 17 Noyabr 2026
163
12:25 / 17 Noyabr 2026
155
12:05 / 17 Noyabr 2026
847
11:58 / 17 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.