Lavrov İrana səfər edib
19 Oktyabr 2026, 15:51
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
653
24.07.2025, 22:40
Xəbər verdiyimiz kimi Rusiyanın Amur vilayətində “An-24” təyyarəsi qəzaya uğrayıb. Hadisəyə görə, Rusiyada matəm elan olunub.
Oxu24.com Globalinfo.az-a istinadən xəbər verir ki, təyyarə qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Məlumata görə, “An-24” sərnişin təyyarəsi Amur vilayətində qəzaya uğrayıb. Təyyarədə olanların hamısı həlak olub.
Xabarovskdan uçan Anqara Hava Yollarına məxsus “An-24” təyyarəsi təyinat yerindən bir neçə kilometr aralıda idarəetmə məntəqəsi ilə əlaqə saxlaya bilməyib. Təyyarə havada hər hansı problem barədə siqnal verməyib və yerə ikinci dəfə yaxınlaşdıqdan sonra radarlardan itib.
Hava-xilasedicilərinin sözlərinə görə, təyyarə 10 ballıq bulud örtüyündə eniş yerinə yaxınlaşmağa çalışıb. Aviasiya xidmətləri isə havanı uçuşların qəbulu üçün əlverişli adlandırıb.
Müxtəlif mənbələrə görə, təyyarənin göyərtəsində 6-sı ekipaj üzvü olmaqla 50-yə yaxın insan var idi.
Amur vilayətinin qubernatoru Vasili Orlov 5-i uşaq olmaqla 43 sərnişinin olduğunu açıqlayıb.
Fövqəladə Hallar Xidməti isə təyyarədə 40 sərnişinin olduğunu bildirib. Qeyd olunur ki, keçilməz tayqa meşələri və bataqlıqlar səbəbindən axtarışlar əsasən havadan aparılmalı idi. Təyyarənin qalıqları yerli vaxtla saat 15:26-da Tyndadan 16 km aralıda, dağ yamacında tapılıb.
Dövlətlərarası Aviasiya Komitəsi qəza ilə bağlı araşdırmalara başlayıb. Hökumət qəzanın nəticələrini aradan qaldırmaq üçün komissiya yaradıb. Qəza ilə bağlı qərargah da yaradılıb.
İstintaq Komitəsi hava gəmisinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi) ilə bağlı iş açıb. Baş verənlərlə bağlı bir neçə versiya, o cümlədən təyyarənin nasazlığı və pilot xətası nəzərdən keçirilir.
Məlum olub ki, təyyarə təxminən 50 il əvvəl istehsal edilib, 2021-ci ildə təyyarənin uçuşa yararlılıq sertifikatı 2036-cı ilə qədər uzadılıb.
Qeyd olunur ki, hökumət həlak olanların yaxınlarına yardım göstərəcəyini vəd edib. Rusiya prezidenti Vladimir Putin həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Faciə ilə bağlı Çin, Belarus, Qazaxıstan, Misir, Türkiyə, Azərbaycan və Malayziyanın dövlət rəhbərləri başsağlığı məktubu ünvanlayıb.
18:10 / 19 Oktyabr 2026
2
18:09 / 19 Oktyabr 2026
1
18:04 / 19 Oktyabr 2026
19
18:02 / 19 Oktyabr 2026
29
17:58 / 19 Oktyabr 2026
17
17:44 / 19 Oktyabr 2026
208
17:43 / 19 Oktyabr 2026
52
17:36 / 19 Oktyabr 2026
404
17:34 / 19 Oktyabr 2026
59
17:31 / 19 Oktyabr 2026
153
17:18 / 19 Oktyabr 2026
77
17:04 / 19 Oktyabr 2026
77
16:52 / 19 Oktyabr 2026
67
16:50 / 19 Oktyabr 2026
84
16:47 / 19 Oktyabr 2026
238
16:38 / 19 Oktyabr 2026
98
16:35 / 19 Oktyabr 2026
81
16:27 / 19 Oktyabr 2026
78
16:23 / 19 Oktyabr 2026
214
16:17 / 19 Oktyabr 2026
197
16:07 / 19 Oktyabr 2026
120
16:01 / 19 Oktyabr 2026
93
15:58 / 19 Oktyabr 2026
497
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.