İstanbulda hicablılar yəhudini linç etdi - Video
19 Oktyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
560
23.07.2025, 17:14
“Hizbullah” radikal şiə hərəkatının nümayəndələri Livan parlamentinin sədri Nəbih Berriyə silahlarını təslim etmək fikrində olmadıqlarını və onların tərksilah edilməsinin qarşısını almaq üçün Livan ordusu ilə münaqişəyə girməyə hazır olduqlarını bildiriblər.
Berri isə öz növbəsində ABŞ-ın Türkiyədəki səfiri Tom Barakı məlumatlandırıb ki, İsrail Livandan qoşunlarını tamamilə çıxarsa belə, Litani çayının şimalında Hizbullahın tərksilahına zəmanət verə bilməz.
İyulun 20-də Tom Barakın Livan rəhbərliyi ilə sülh planının bir hissəsi kimi Hizbullahın tərksilahı cədvəlini müzakirə etmək üçün Beyruta gəldiyi bildirildi.
Livan hökuməti daha əvvəl ABŞ-ın təklif etdiyi “yol xəritəsi” ilə razılaşmışdı, ona görə də İsrail qoşunlarının ölkənin cənubundan çıxarılması mərhələli şəkildə - Hizbullahın tərksilahı müqabilində həyata keçiriləcək. Vaşinqton israr edir ki, Livan ordusuna silahların təhvil verilməsi 2025-ci ilin dekabrından gec olmayaraq başa çatdırılsın. Bundan əlavə, ABŞ Beyrutun Dəməşqin nümunəsi ilə İsraillə münasibətlərin normallaşdırılması prosesinə qoşulmasını gözləyir.
İyulun 11-də prezident Cozef Aun bildirib ki, Livan İsraillə müharibə vəziyyətinə son qoymaqda maraqlıdır. O, sərhəddə sabitliyin və 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini vurğulayıb.Eyni zamanda, onun sözlərinə görə, İsraillə normallaşma məsələsi Livanın xarici siyasətinin gündəmində deyil.
Buna cavab olaraq Hizbullah lideri Şeyx Naim Qassem iyulun 18-də bildirib ki, hərəkat İsrail və İslam Dövləti yaraqlılarının “ekzistensial təhdidləri” qarşısında tərksilah etmək niyyətində deyil. O, səlahiyyətlilərə “ABŞ-ın təzyiqi altında İsrailə pulsuz xidmətlər göstərməyə” qarşı xəbərdarlıq edib.
Nigar
21:37 / 19 Oktyabr 2026
1
21:30 / 19 Oktyabr 2026
77
21:25 / 19 Oktyabr 2026
32
21:14 / 19 Oktyabr 2026
43
21:02 / 19 Oktyabr 2026
105
20:39 / 19 Oktyabr 2026
83
20:25 / 19 Oktyabr 2026
64
20:11 / 19 Oktyabr 2026
88
20:08 / 19 Oktyabr 2026
72
19:59 / 19 Oktyabr 2026
79
19:48 / 19 Oktyabr 2026
84
19:35 / 19 Oktyabr 2026
107
19:24 / 19 Oktyabr 2026
110
19:15 / 19 Oktyabr 2026
115
19:11 / 19 Oktyabr 2026
165
19:04 / 19 Oktyabr 2026
94
18:58 / 19 Oktyabr 2026
76
18:50 / 19 Oktyabr 2026
94
18:49 / 19 Oktyabr 2026
218
18:45 / 19 Oktyabr 2026
85
18:37 / 19 Oktyabr 2026
1130
18:33 / 19 Oktyabr 2026
98
18:30 / 19 Oktyabr 2026
1080
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.