Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir
19 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2046
22.07.2025, 13:02
Əsəddən sonrakı Azad Suriyanın ilk prezidenti Əhməd Şaraa son 7 ayda üç dəfə sui-qəsd cəhdinə məruz qaldığı üzə çıxıb.
Oxu24.com xəbər verir ki,İsrail mətbuatının yazdığına görə, hər dəfə sui-qəsd planı Türkiyə kəşfiyyatının müdaxiləsi ilə dəf edilib.
Bu hadisə həm də Ankaranın pərdə arxasındakı kritik rolunu ortaya çıxarıb.
İsrailin "Yedioth Ahronoth" qəzetinin eksklüziv xəbərinə görə, hücumlardan ən azı birinin qarşısı Türkiyə təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə alınıb. İllərdir davam edən vətəndaş müharibəsi və diktaturadan sonra Əhməd Şəranın rəhbərliyi ilə qurulan yeni administrasiya Əsədə sadiq olanları, xüsusilə cənub bölgələrindən və İdlib sərhədindən təmizləyərək nəzarəti böyük ölçüdə bərpa etdi. Türkiyənin həm siyasi, həm də humanitar dəstəyi ilə bu transformasiyada mühüm rol oynadığı vurğulanır.
İsrail mediası Şaraya qarşı ilk sui-qəsdin paytaxt Dəməşqin Qəsr əl-Şaab Sarayının çıxışında baş verdiyini yazıb. Şübhəli hərəkəti görən Türkiyə təhlükəsizlik qüvvələri dərhal müdaxilə edərək hücumçunu zərərsizləşdirib. Xəbərdə xüsusilə “Türklər Şəranın həyatını xilas etdi” ifadəsi yer alıb.
İkinci hücum cəhdi İordaniya ilə sərhəddə yerləşən Dəraa vilayətində baş verib. Suriya və Türkiyə təhlükəsizlik qüvvələri Şaraa bölgəyə səfər edərkən konvoy yolunda iki şübhəlini müəyyən edib. Hücumun qarşısı təxribatla alınıb. Hadisə ictimaiyyətə açıqlanmadan bağlanıb.
Silahlı pusqu qarşısı alındı
Üçüncü və ən ciddi sui-qəsd planı Dəməşqdə müəyyən edilmiş marşrut boyunca qurulmuş silahlı pusqudan ibarət idi. Türkiyə və yerli kəşfiyyat tərəfindən son anda aşkar edilən hücumun qarşısı daha reallaşdırılmadan alınıb. Bu hadisədən az sonra Şaraanın qəfil Dəməşqdən getməsi diqqət çəkib.
İsrail və ərəb mediası xəbər verir ki, Şaraa bütün bu səylərə baxmayaraq məlumatın ictimaiyyətə açıqlanmaması barədə göstəriş verib.
Miri
00:19 / 20 Oktyabr 2026
49
23:56 / 19 Oktyabr 2026
63
23:45 / 19 Oktyabr 2026
62
23:40 / 19 Oktyabr 2026
64
23:36 / 19 Oktyabr 2026
79
23:36 / 19 Oktyabr 2026
63
23:34 / 19 Oktyabr 2026
66
23:30 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
100
23:27 / 19 Oktyabr 2026
66
23:26 / 19 Oktyabr 2026
80
23:24 / 19 Oktyabr 2026
235
23:20 / 19 Oktyabr 2026
72
23:16 / 19 Oktyabr 2026
66
23:10 / 19 Oktyabr 2026
70
23:04 / 19 Oktyabr 2026
70
23:03 / 19 Oktyabr 2026
69
22:25 / 19 Oktyabr 2026
136
22:22 / 19 Oktyabr 2026
78
22:11 / 19 Oktyabr 2026
88
22:06 / 19 Oktyabr 2026
228
21:37 / 19 Oktyabr 2026
109
21:30 / 19 Oktyabr 2026
670
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.