Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir
19 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
544
22.07.2025, 11:47
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzanın mərkəzindəki Deyr əl-Balah şəhərində yaşayış kompleksinə və təşkilatın əsas anbarına hücum edərək, yardım işçilərini və fələstinlilərə yardım əməliyyatlarını təhdid etdiyini bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə İngiltərənin "The Independent" qəzeti yazır.
BMT təşkilatın əməkdaşlarının yaşadığı binaya 3 dəfə zərbə endirdiyini bildirib.
Binada yanğın baş verib və əmlaka ziyan dəyib.
"İsrail qüvvələri kompleksə (Deyr əl-Balah - red.) daxil olub, qadın və uşaqları aktiv qarşıdurma şəraitində əl-Məvasiyə doğru piyada təxliyə etməyə məcbur ediblər. Kişi personal və onların ailələri qandallanıb, soyunub, yerində sorğu-sual edilib və silah gücü ilə axtarış edilib", - ÜST bildirib.
Reyd zamanı ÜST-nin iki əməkdaşı və onların iki ailə üzvü saxlanılıb. ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus üç nəfərin azad edildiyini və ÜST-nin bir əməkdaşının İsrailin nəzarətində qaldığını bildirib.
İyulun 7-də İsrailin müdafiə naziri İsrael Katz Yəmənin Ənsar Allah (Husi) hərəkatına qarşı yeni hərbi əməliyyata başladığını elan edib. “Qara bayraq” adlandırılan bu əməliyyat çərçivəsində Hodeyda, Əs-Səlif və Ras İsa limanları, Ras Katib elektrik stansiyası, eləcə də təxminən iki il əvvəl husilər tərəfindən ələ keçirilən və Qırmızı dənizdə terror fəaliyyətləri həyata keçirmək üçün istifadə etdikləri “Qalaksi Lider” gəmisi də daxil olmaqla bir sıra hədəflərə kütləvi zərbələr endirilib.
Miri
00:26 / 20 Oktyabr 2026
21
00:19 / 20 Oktyabr 2026
68
23:56 / 19 Oktyabr 2026
74
23:45 / 19 Oktyabr 2026
69
23:40 / 19 Oktyabr 2026
69
23:36 / 19 Oktyabr 2026
88
23:36 / 19 Oktyabr 2026
73
23:34 / 19 Oktyabr 2026
73
23:30 / 19 Oktyabr 2026
91
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
259
23:20 / 19 Oktyabr 2026
84
23:16 / 19 Oktyabr 2026
75
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
145
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
256
21:37 / 19 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.