Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ gəmiləri İranı mühasirəyə aldı: F-35, “Tomahavk”...

ABŞ gəmiləri İranı mühasirəyə aldı: F-35, “Tomahavk”...

DÜNYA

977

22.05.2019, 21:15

\"\"  ABŞ Fars körfəzi və onun yaxınlığında minimum 7 hərbi gəmisini yerləşdirib.
Bu barədə informasiyanı ABŞ Hərbi Dəniz İnstitutunun “USNİ News” portalı yayıb. Portal bu gəmilərin “Avraam Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında olduğunu bildirib.
Məlumata görə, Fars körfəzinə ABŞ-ın idarəolunan raketlərlə təchiz edilmiş iki esmines – “MakFaul” və “Qonzalez” daxil olublar. Onların hər birində 90-a yaxın” Tomahavk” və digər raketlərin yerləşdirilə biləcəyi vurğulanıb. Bundan başqa, BƏƏ sahillərində “Kearsarge” universal gəmisinin qərarlaşdığı bildirilib. Onun göyərtəsində 20-30 təyyarə və helikopterin yerləşdiyi qeyd edilib. Gəmidə F-35B təyyarələrinin ola biləcəyi vurğulanıb. “Avraam Linkoln” gəmisi isə özünə Oman sahillərində yer edib. Onunla bərabər burada “Leyte Qalf” raket kreyseri, “Bainbric” esminesinin yerləşdiyi bildirilib.