Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada quduz porsuq magazaya soxularaq, üç nəfəri yaralayıb

Rusiyada quduz porsuq magazaya soxularaq, üç nəfəri yaralayıb

DÜNYA

1305

22.05.2019, 01:21

\"\"  Rusiyanın Ufa şəhərində quduz porsuq magazaya girərək üç nəfəri yaralayıb.
Oxu24.com  oxu.az-a istinadən bildirir ki, porsuq onu tutmaq istəyən işçiləri dişləyib. Baytarların verdiyi məlumata görə, heyvan quduzluğa yoluxubmuş. Baytarlar iynə vuraraq, onu öldürməyə məcbur olublar.
Yaralanmış üç nəfərə quduzluq əleyhinə zərdab vurulub. Onlar hazırda xəstəxanada müalicə alırlar.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyada quduzluğa yoluxmuş ceyran da sakinlərə hücum etmişdi.