Ay torpağında çay yetişdirildi
23 Sentyabr 2025, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86DÜNYA
821
11.02.2025, 16:44
Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı bir neçə şirkət barəsində cinayət işləri başlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Qaradağ, Binəqədi və Xəzər rayonları, həmçinin Tərtər rayonu ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.
Həmçinin oxuyun
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I” əhəngdaşı yatağında “İ.K.S.S” MMC, Tərtər rayonu ərazisində yerləşən “Tərtərçay” qum-çınqıl yatağında “Azəri” MMC, habelə Binəqədi rayonu ərazisində Goradil bağlar massivində naməlum şəxs (şəxslər) tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilərək, qanunsuz mişar daşı, qum-çınqıl, qarışıq qum və süxur hasilatı işlərinin aparılması nəticəsində təbiətə 354 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.
10:31 / 23 Sentyabr 2025
1
10:19 / 23 Sentyabr 2025
39
10:17 / 23 Sentyabr 2025
43
10:08 / 23 Sentyabr 2025
171
10:05 / 23 Sentyabr 2025
101
10:00 / 23 Sentyabr 2025
43
09:51 / 23 Sentyabr 2025
24
09:40 / 23 Sentyabr 2025
21
09:30 / 23 Sentyabr 2025
22
09:20 / 23 Sentyabr 2025
19
09:10 / 23 Sentyabr 2025
24
09:00 / 23 Sentyabr 2025
25
08:29 / 23 Sentyabr 2025
236
08:00 / 23 Sentyabr 2025
370
07:56 / 23 Sentyabr 2025
421
05:45 / 23 Sentyabr 2025
455
23:56 / 22 Sentyabr 2025
1199
23:25 / 22 Sentyabr 2025
2773
23:08 / 22 Sentyabr 2025
1004
22:53 / 22 Sentyabr 2025
296
22:33 / 22 Sentyabr 2025
748
22:28 / 22 Sentyabr 2025
125
22:15 / 22 Sentyabr 2025
145
22:10 / 22 Sentyabr 2025
124
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.