Qaynar xətt:

(+99450) 247 90 86

"Rusiya məhv edilməlidir" deyən Simonyan diqqət çəkdi

"Rusiya məhv edilməlidir" deyən Simonyan     diqqət       çəkdi

DÜNYA

253

29.01.2025, 17:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan “Rusiya əzilməli, məğlub edilməli və məhv edilməlidir”  ifadəsi ilə gündəmə gəlib.

Oxu24.com  xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” nəşri məlumat dərc edib. 

Bildirilir ki, Simonyan Baltikyanı ölkələrin parlamentariləri ilə görüşü zamanı "Rusiyanın Ermənistana və Baltikyanı ölkələrə xeyirli olması üçün əzilməli, məğlub və məhv edilməlidir" deyib. 

Milli Məclis sədrinin mətbuat katibi mətbuatda yayılan məlumatlarla bağlı təkzib verib. Onun sözlərinə  görə, yayılan xəbərlər yalan və reallığa uyğun gəlmir.

Mətbuat katibi həmçinin, görüşün qapalı keçirildiyini də qeyd edib.