SON DƏQİQƏ: Qardaş ölkədə ard-arda zəlzələlər oldu
26 Avqust 2026, 18:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
817
29.01.2025, 15:33
Hindistanın Uttar Pradeş əyalətinin şimalında yerləşən Allahabad şəhərində 12 ildən bir keçirilən və 45 gün davam edən festivalda izdiham yaranıb.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, izdihamda onlarla insanın həyatını itirib, çoxlu sayda yaralanan var.
Əyalətin baş naziri Yogi Adityanath bildirib ki, günahlarını yumaq üçün Triveni Sanqam çayına gedən bəzi insanların baryerləri aşması səbəbindən izdiham yaranıb. Yanvarın 13-də milyonlarla insanın iştirakı ilə başlayan festival çərçivəsində şəhərdə ziyarətçilərin yerləşdirilməsi üçün 160 mindən çox çadır və təxminən 400 kilometr müvəqqəti yol tikilib.
Bu il 400 milyondan çox hindunun Qanq, Yamuna və Sarasvati çaylarının qovuşduğu yerdə “müqəddəs su” sayılan Triveni Sanqam çayına daxil olaraq 45 gün ərzində “zəvvar” olacağı gözlənilir. Hindular inanırlar ki, bayramlar zamanı Qanq çayında çimmək onlara günahları yumağa, ölüm və dirçəliş dövründən qaçmağa kömək edəcək.
"Maha Kumbh Mela" adı ilə tanınan festival "dünyanın ən böyük dini festivalı" hesab olunur. 2001-ci ildə Qanq çayına daxil olmaq üçün Allahabad şəhərində 60 milyon insan eyni gündə toplaşaraq dünya rekordu qırmışdı. Bundan əlavə, milyonlarla hindu COVID-19 pandemiyasına baxmayaraq 2021-ci ildə Triveni Sanqam çayına girmişdi.
18:19 / 26 Avqust 2026
45
18:04 / 26 Avqust 2026
49
17:56 / 26 Avqust 2026
62
17:43 / 26 Avqust 2026
62
17:40 / 26 Avqust 2026
57
17:20 / 26 Avqust 2026
69
16:59 / 26 Avqust 2026
67
16:45 / 26 Avqust 2026
76
16:30 / 26 Avqust 2026
78
16:14 / 26 Avqust 2026
79
15:59 / 26 Avqust 2026
77
15:40 / 26 Avqust 2026
89
15:17 / 26 Avqust 2026
87
15:12 / 26 Avqust 2026
1020
14:59 / 26 Avqust 2026
90
14:45 / 26 Avqust 2026
77
14:42 / 26 Avqust 2026
86
14:40 / 26 Avqust 2026
84
14:30 / 26 Avqust 2026
82
14:15 / 26 Avqust 2026
90
13:58 / 26 Avqust 2026
80
13:55 / 26 Avqust 2026
86
13:33 / 26 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.