Türkiyədə ağır qəza: 18 yaralı var
19 Noyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
899
29.01.2025, 17:36
Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya Federasiyasına səfəri hələ planlaşdırılmayıb.
Oxu24.com xəbər verir ki,bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov növbəti brifinq zamanı bildirib.
Jurnalistlərin qeyd etdiyi kimi, Lukaşenko yenidən dövlət başçısı seçildikdən sonra ilk xarici səfərinin Rusiya Federasiyasına olacağını vəd edib. Bunun fonunda onlar Kreml təmsilçisindən Moskva və Minskin belə bir səfərə hazırlıq görüb-görmədiyini soruşdular.
Peskov deyib: “Bu səfər hələlik planda yoxdur.
O əlavə edib ki, Rusiya və Belarus arasında çox sıx müttəfiqlik münasibətləri var. Eyni zamanda, onların inkişafı həm Belarus liderinin, həm də Rusiya prezidenti Vladimir Putinin gündəliyinin tərkib hissəsidir.
Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçirilib və Lukaşenko qalib gəlib. İlkin məlumatlara görə, hazırkı prezidentə seçicilərin 86,82 faizi səs verib. Yekun nəticələrin fevralın 3-də açıqlanması gözlənilir.
Belaruslu həmkarını yenidən seçilməsi münasibətilə təbrik edən Putin onun qələbəsini inandırıcı adlandırıb. O, son vaxtlar Moskva və Minskin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində çox iş gördüyünü vurğulayıb və bu istiqamətdə işlərin davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Bundan əvvəl Belarus respublikada keçirilən prezident seçkilərini tənqid edən Qərb ölkələrinə cavab verib.
Nigar
10:20 / 20 Noyabr 2026
13
10:20 / 20 Noyabr 2026
19
10:16 / 20 Noyabr 2026
38
10:10 / 20 Noyabr 2026
51
10:10 / 20 Noyabr 2026
45
10:03 / 20 Noyabr 2026
145
10:00 / 20 Noyabr 2026
80
10:00 / 20 Noyabr 2026
79
09:51 / 20 Noyabr 2026
68
09:46 / 20 Noyabr 2026
69
09:41 / 20 Noyabr 2026
75
09:34 / 20 Noyabr 2026
97
09:31 / 20 Noyabr 2026
486
09:26 / 20 Noyabr 2026
74
09:14 / 20 Noyabr 2026
82
09:01 / 20 Noyabr 2026
63
08:37 / 20 Noyabr 2026
60
23:55 / 19 Noyabr 2026
160
23:26 / 19 Noyabr 2026
204
23:22 / 19 Noyabr 2026
207
23:15 / 19 Noyabr 2026
216
23:15 / 19 Noyabr 2026
194
23:06 / 19 Noyabr 2026
483
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.