Bitkoinin qiyməti artıb
28 Avqust 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1208
12.12.2024, 23:42
Bir vaxtlar Hollivudun ən çox qazanan aktyorlarından olan Cim Kerri, "Sonic the Hedgehog 3" filmi ilə yenidən böyük ekrana qayıdır.
62 yaşlı aktyor 1990-cı illərdə "The Cable Guy", "Liar Liar", "Bruce Almighty" və "How the Grinch Stole Christmas" kimi filmlərdən 20 milyon dollarlıq rekord qonorar alıb. Lakin karyerasının zirvəsindəki bu uğurlar illər ərzində azalmağa başladı. Bir vaxtlar sərvəti 300 milyon dollar olaraq təxmin edilən Kerri, etdiyi böyük yatırımlar və dəbdəbəli xərcləmələrlə diqqət çəkib.
Kerrinin maliyyə çətinliklərinə görə Los Ancelesin Brentvud bölgəsindəki malikanəsini satıb. 2023-cü ildə 28,9 milyon dollara satışa çıxardığı malikanəsinin qiymətini 19 milyon dollara qədər endirib.
Daily Mail-in xəbərinə görə, Kerri "Sonic" kainatına dönüşünü maliyyə ehtiyacları ilə əlaqələndirərkən filmin ürək dolu məzmununu da vurğulayıb. Londondakı premyerada verdiyi açıqlamada Kerri zarafatla belə deyib:
"Bunu ilk dəfə edəndə filmin içindəki ürəkdən təsirləndim. Amma düzünü desəm, bir neçə şey aldım və bir az pula ehtiyacım var."
Kanadanın Toronto şəhərində sadə bir həyatla başlayan Kerri, 1978-ci ildə ailəsinə dəstək olmaq üçün məktəbi atıb fabrikdə təmizlikçi kimi çalışıb. Lakin 15 yaşında stendap komediya ilə məşğul olmağa başlayaraq əyləncə dünyasına qədəm qoyub. 1990-cı illərdə "In Living Color" adlı komediya serialı ilə məşhurlaşıb və daha sonra kino dünyasında ikonaya çevrilib.
2004-cü ildə Kanada və ABŞ ikili vətəndaşlığı alan Kerri hər iki ölkədə sevilən bir şəxsiyyətə çevrilib. 2022-ci ildə isə aktyorluğu tərk edəcəyini elan edən Kerri, "Yalnız qızıl mürəkkəblə yazılmış bir ssenari olsa geri dönərəm" deyərək zarafatla təqaüdə çıxma xəbərini vermişdi.
09:15 / 29 Avqust 2026
22
08:59 / 29 Avqust 2026
41
23:54 / 28 Avqust 2026
144
23:28 / 28 Avqust 2026
114
23:11 / 28 Avqust 2026
94
22:56 / 28 Avqust 2026
124
22:32 / 28 Avqust 2026
126
22:12 / 28 Avqust 2026
111
21:45 / 28 Avqust 2026
77
21:09 / 28 Avqust 2026
129
20:50 / 28 Avqust 2026
142
20:40 / 28 Avqust 2026
165
20:07 / 28 Avqust 2026
113
19:53 / 28 Avqust 2026
127
19:29 / 28 Avqust 2026
97
19:26 / 28 Avqust 2026
440
19:16 / 28 Avqust 2026
627
19:09 / 28 Avqust 2026
97
18:47 / 28 Avqust 2026
108
18:30 / 28 Avqust 2026
108
18:21 / 28 Avqust 2026
847
18:10 / 28 Avqust 2026
87
18:00 / 28 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.