Bitkoinin qiyməti artıb
28 Avqust 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
189
12.12.2024, 15:29
Xəbər verdiyimiz kimi, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd birgə mətbuat konfransında iştirak ediblər. Onlar Ərdoğanın vasitəçiliyi ilə barışıq əldə ediblər.
Oxu24.com nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Həsən Şeyx Mahmud və Abiy Əhməd Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.
Mahmud ölkəsi ilə Efiopiya arasındakı münaqişənin həllində göstərdiyi səylərə görə Türkiyə və ölkə Prezidenti Ərdoğana təşəkkür edərək bildirib ki, hazırda Efiopiya və Somali iki qonşu ölkədir: “Biz Türkiyənin səylərinə görə minnətdarıq. Somali gələcəkdə Efiopiyanın əsl dostu olacaq. Bu əlaqələr xalqımız üçün faydalı olmalıdır. Bölgəmizdə sülh və sabitlik bizim və xalqımız üçün birinci prioritetdir. Efiopiya və Somalinin ortaq cəhətləri çox, fərqləri isə məhduddur. Bölgəmizin əməkdaşlığımıza ehtiyacı var”.
Abiy Əhməd də çıxışında Ərdoğana və Türkiyə xalqına sülh və sabitliyin təmin edilməsi istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib: “Bu səylər bizi bir araya gətirdi və bu görüşü rəhbərlik səviyyəsində keçirdik. Biz təkcə qonşu dövlətlər deyil, həm də qardaşıq. Efiopiya və Somali ortaq tarix, dil və mədəniyyətə sahibdir. Somali dövlətinin təhlükəsizliyini təmin etmək və ölkəni terrorçulardan qorumaq üçün minlərlə Efiopiya əsgəri həyatını itirib. Əlbəttə, bu əslində üçüncü tərəfin müdaxiləsinə ehtiyac olmadan həyata keçirilə bilən bir ailə dialoqudur”.
09:52 / 29 Avqust 2026
3
09:43 / 29 Avqust 2026
33
09:30 / 29 Avqust 2026
36
09:15 / 29 Avqust 2026
41
08:59 / 29 Avqust 2026
46
23:54 / 28 Avqust 2026
152
23:28 / 28 Avqust 2026
116
23:11 / 28 Avqust 2026
94
22:56 / 28 Avqust 2026
126
22:32 / 28 Avqust 2026
129
22:12 / 28 Avqust 2026
113
21:45 / 28 Avqust 2026
78
21:09 / 28 Avqust 2026
130
20:50 / 28 Avqust 2026
144
20:40 / 28 Avqust 2026
165
20:07 / 28 Avqust 2026
115
19:53 / 28 Avqust 2026
127
19:29 / 28 Avqust 2026
98
19:26 / 28 Avqust 2026
447
19:16 / 28 Avqust 2026
650
19:09 / 28 Avqust 2026
97
18:47 / 28 Avqust 2026
109
18:30 / 28 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.