Qaynar xətt:

(+99450) 247 90 86

"Rusiya Əsədi heç bir ölkəyə təhvil verməyəcək"- XİN

"Rusiya Əsədi heç bir ölkəyə təhvil verməyəcək"- XİN

DÜNYA

311

11.12.2024, 14:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verərsə, Rusiya onu başqa heç bir ölkəyə təhvil verməyəcək.

Oxu24.com  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

"Prezident Əsəd Rusiyadadır. Belə bir vəziyyətdə mənim baş verənlər və vəziyyətin necə həll edildiyi ilə bağlı fərziyyələr irəli sürməyim düzgün olmazdı. Amma o, təhlükəsizdir, bu, Rusiyanın belə fövqəladə vəziyyətlərdə lazım olduğu kimi davrandığını göstərir", - deyə diplomat bildirib.

Rusiya XİN rəhbərinin müavini həmçinin bildirib ki, Rusiya Suriyadakı vəziyyətin ölkənin parçalanmasına gətirib çıxarmayacağına ümid edir.