Qaynar xətt:

(+99450) 247 90 86

Ronaldonun oğlu blogerin sualına “İnşallah” cavabını verdi -VİDEO

Ronaldonun oğlu blogerin sualına “İnşallah” cavabını verdi -VİDEO

DÜNYA

897

10.12.2024, 23:32

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun oğlu, kiçik Kriştiano Ronaldo ən məşhur YouTube bloqeri Beast ilə söhbətləşib.

OXU24.COM  xəbər verir ki, “UR Cristiano” kanalının qonağı kiçik Kriştianodan futbol arzusunu şəxsən soruşmaqda maraqlı olduqda, atası oğlunu efirə dəvət edib.

Beast ondan soruşub: “Lebronun oğlu ilə oynadığını gördünüzmü? Bunu atanızla siz də yaşamaq istərdinizmi?

Bu suala kiçik Ronaldo belə cavab verib: “İnşaallah”. Yəni “Allahın iradəsi olarsa”. Sonra əlavə edib: “Ümid edirəm ki, alınar”.

Xatırladaq ki, Kriştianonun oğlu “Əl-Nəsr” Akademiyasında oynayır.