Makronun reytinqi 21 faizə düşüb
30 Avqust 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
347
02.12.2024, 17:00
Yaxın zamanlarda Türkiyə, Rusiya və İran Astana formatında Suriya ilə bağlı görüş keçirə bilər.
Oxu24.com ” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.
Nazirlər səviyyəsində keçirilməsi gözlənilən görüşdə Suriyada vəziyyətin nizamlanması məsələsi müzakirə ediləcək.
H.Fidanın sözlərinə görə, o, artıq Astana prosesinin bərpa edilməsini rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edib. O bildirib ki, format yaxın zamanlarda yenidən təşkil ediləcək.
Xatırladaq ki, noyabrın 28-də “CNN” Suriyada müxalifət qüvvələrinin Hələbin qərbində hökumət qüvvələrinə hücum etdiyini yazıb. Hücum nəticəsində üsyançı qüvvələr çox sayda yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Noyabrın 30-da isə Suriyanın Müdafiə Nazirliyi silahlı qruplaşmanın Hələbin bir çox bölgəsinə daxil olduğunu açıqlayıb.
Onu da qeyd edək ki, Astana platforması Suriyada döyüşən tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında danışıqların aparılması üçün yaradılmışdı. Platforma çərçivəsində görüşlər Astanada 2017-ci ildən başlayıb. Ötən ilin yayında Astana prosesinin rəsmən başa çatdığı açıqlanıb. Belə ki, 2017-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər Astanada Suriyada vəziyyətin nizamlanmasına dair 20 beynəlxalq görüş keçirilib.
15:02 / 30 Avqust 2026
1
14:55 / 30 Avqust 2026
15
14:39 / 30 Avqust 2026
114
14:28 / 30 Avqust 2026
63
14:24 / 30 Avqust 2026
48
13:40 / 30 Avqust 2026
57
13:15 / 30 Avqust 2026
64
12:39 / 30 Avqust 2026
353
12:35 / 30 Avqust 2026
87
12:26 / 30 Avqust 2026
86
12:08 / 30 Avqust 2026
567
11:57 / 30 Avqust 2026
80
11:53 / 30 Avqust 2026
687
11:06 / 30 Avqust 2026
90
11:05 / 30 Avqust 2026
68
11:04 / 30 Avqust 2026
111
01:42 / 30 Avqust 2026
330
01:20 / 30 Avqust 2026
421
23:39 / 29 Avqust 2026
237
23:30 / 29 Avqust 2026
156
23:18 / 29 Avqust 2026
162
23:04 / 29 Avqust 2026
146
22:48 / 29 Avqust 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.