Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya daha üç yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ

Rusiya daha üç yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ

DÜNYA

785

30.11.2024, 12:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya hərbçiləri Donetskin Jeltoye, Pustinka və Razdolnoye qəsəbələrini ələ keçiriblər.

OXU24.COM xəbər verir ki, bu barədə Ukraynanın "DeepState" monitorinq layihəsi məlumat yayıb.

"Düşmən Jeltoye, Pustinka və Razdolnoyeni tutdu, həmçinin İlyinka, Novodonetsk, Trudovo, Puşkino və Kuraxovo yaxınlığında irəlilədi", - məlumatda deyilir.

Ukrayna Baş Qərargahının məlumatına görə, Pokrovski, Kuraxovski və Vremovski istiqamətlərində vəziyyət gərgindir:

"Ruslar əsas hücum qüvvələrini həmin əraziyə cəmləşdirirlər. Bundan əlavə, onlar Liman və Kupyansk istiqamətində aktiv şəkildə hücuma keçirlər".