Maduronun həbsdən yeni FOTOLARI
30 Avqust 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
275
29.11.2024, 20:24
Suriyanın Bəşər Əsəd rejiminə qarşı çıxan silahlı qruplar Suriyanın iki ən böyük şəhərindən biri olan Hələbin mərkəzinə soxulub.
Oxu24.com xəbər verir ki, bu barədə “Anadolu” mənbələrə istinadən xəbər verir.
“Xəbər verilir ki, Hələb və İdlib əyalətlərində üç günlük döyüşlərdən sonra müxalif qruplar 400 kvadrat kilometr əraziyə nəzarəti ələ keçirib”, – nəşr yazır.
Mənbələrin bildirdiyinə görə, Hələb ətraflarında toqquşmalar güclənir və bu, çoxsaylı rejim tərəfdarlarını Hələbdən Dəməşqə qaçmağa məcbur edir. Silahlı qruplar Hələbin ucqar rayonlarından birində yerləşən Elmi Araşdırmalar Mərkəzini ələ keçirib.
Qeyd olunur ki, qruplar Hələbin kənarındakı ən böyük yaşayış məntəqələrindən biri olan Anadanı da ələ keçirib. Bundan əlavə, üsyançılar Hələbin qərbində çoxlu sayda kənd və mövqeləri də ələ keçiriblər.
Hələb Suriyanın şimalında, Türkiyə ilə sərhəddə yerləşir. Cənubda yerləşən Dəməşq şəhərdən təxminən 350 kilometr məsafədədir.
Associated Press-in məlumatına görə, terrorçular Hələbə basqın edərək, orada bomba yerləşdirilmiş iki avtomobili partladıblar. Onlar Suriya Silahlı Qüvvələri ilə də toqquşublar.
Suriyada bir neçə qrup Hələbə qarşı hücuma keçərək şəhərin kənarına yaxınlaşıb. Bu gərginlik 2022-ci ilin martından Moskva və Ankaranın vasitəçiliyi ilə atəşkəsin əldə edilməsindən sonra üsyançılarla hökumət ordusu arasında ilk ciddi toqquşma oldu. Suriyada baş verənlər və Hələbin yıxıla biləcəyini - Gazeta.Ru-nun hərbi müşahidəçisi Mixail Xodarenok araşdırıb.
Miri
21:17 / 30 Avqust 2026
31
20:11 / 30 Avqust 2026
46
20:05 / 30 Avqust 2026
63
19:27 / 30 Avqust 2026
96
18:36 / 30 Avqust 2026
418
18:33 / 30 Avqust 2026
93
17:55 / 30 Avqust 2026
134
17:25 / 30 Avqust 2026
105
17:15 / 30 Avqust 2026
109
17:10 / 30 Avqust 2026
131
16:55 / 30 Avqust 2026
119
16:55 / 30 Avqust 2026
134
16:35 / 30 Avqust 2026
109
16:30 / 30 Avqust 2026
114
16:28 / 30 Avqust 2026
522
16:04 / 30 Avqust 2026
592
15:29 / 30 Avqust 2026
598
15:15 / 30 Avqust 2026
100
15:14 / 30 Avqust 2026
296
15:09 / 30 Avqust 2026
273
15:02 / 30 Avqust 2026
247
14:55 / 30 Avqust 2026
89
14:39 / 30 Avqust 2026
859
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.