TƏCİLİ! İsrail İrana zərbə endirə bilər
30 Avqust 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
544
29.11.2024, 10:33
Almaniyanın keçmiş kansleri Angela Merkel öz memuar kitabında Rusiya Prezidenti Vladimir Putinlə 2007-ci ildə Soçidə keçirilən danışıqlar zamanı Putinin Koni adlı qara Labrador itinin otağa girməsi və ondan qorxması ilə bağlı xatirələrini bölüşüb.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, Putin keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Merkelin itlərdən qorxduğunu bilmədiyini deyib.
Rusiya lideri Merkellə bu barədə danışdığını və ondan şəxsən üzr istədiyini xatırladıb: “Açığı, bu barədə Merkelə demişdim ki, onun itlərdən qorxduğunu bilmirdim. Bilsəydim, bunu heç vaxt etməzdim. Əksinə, mən rahat, xoş bir atmosfer yaratmaq istəyirdim. Sonradan bildim ki, itlərdən qorxur”.

O, əlavə edib ki, özü də Almaniyada yaşadığından və orada ev heyvanlarına müsbət münasibət bəslənildiyini bildiyi üçün xoş ab-hava yaratmaq istəyib.
“Mən ona media vasitəsilə yenidən müraciət edirəm. Angela, lütfən məni bağışla, mən səni incitmək istəmirdim, əksinə, söhbətimiz üçün əlverişli atmosfer yaratmaq istəyirdim”, - deyə Putin bildirib.
Ölkə başçısı qeyd edib ki, Merkel sonradan onu uşaq vaxtı it dişlədiyini və psixoloji travması olduğunu deyib: “Bunu biləndə ondan üzr istədim”.

23:17 / 30 Avqust 2026
22
22:54 / 30 Avqust 2026
69
21:59 / 30 Avqust 2026
77
21:17 / 30 Avqust 2026
98
21:17 / 30 Avqust 2026
90
20:11 / 30 Avqust 2026
80
20:05 / 30 Avqust 2026
71
19:27 / 30 Avqust 2026
145
18:36 / 30 Avqust 2026
531
18:33 / 30 Avqust 2026
119
17:55 / 30 Avqust 2026
178
17:25 / 30 Avqust 2026
120
17:15 / 30 Avqust 2026
122
17:10 / 30 Avqust 2026
257
16:55 / 30 Avqust 2026
128
16:55 / 30 Avqust 2026
148
16:35 / 30 Avqust 2026
119
16:30 / 30 Avqust 2026
125
16:28 / 30 Avqust 2026
630
16:04 / 30 Avqust 2026
637
15:29 / 30 Avqust 2026
834
15:15 / 30 Avqust 2026
107
15:14 / 30 Avqust 2026
340
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.