TƏCİLİ! İsrail İrana zərbə endirə bilər
30 Avqust 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
579
28.11.2024, 20:55
Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Gürcüstandakı vəziyyətlə bağlı yeni qətnamə qəbul ediblər.
Oxu24.com xəbər verir ki, sənəddə ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması, təkrar səsvermənin keçirilməsi və gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqi çağırışları yer alıb.
Gürcüstan Avropa Birliyinə üzv olmaq üçün namizəddir. Avropa Parlamentinin xarici siyasət məsələlərinə dair qətnamələri məsləhət xarakteri daşıyır və Aİ təsisatları və ya üzv dövlətlər üçün məcburi deyil. Sənədi 444 deputat dəstəkləyib, 72 deputat əleyhinə, 82 deputat isə bitərəf qalıb.
Qətnamədə deyilir ki, “Avropa Parlamenti parlament seçkilərinin hər hansı tanınmasını rədd edir və prosesin həqiqi ədalətliliyini və şəffaflığını təmin etmək üçün yaxşılaşdırılmış seçki şəraitində, yaxından beynəlxalq müşahidə ilə bir il ərzində təkrar səsverməyə çağırır”.
Noyabrın 26-da Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd Maka Boçorişvili bildirib ki, respublika Avropa İttifaqına gedən yolda tərəfdaşlarla konstruktiv dialoqa hazırdır, lakin ultimatumlara qulaq asmayacaq.
Bundan əvvəl Gürcüstanın baş naziri Avropa İttifaqı ilə yaxınlaşma şərtini açıqlamışdı.
Nigar
01:31 / 31 Avqust 2026
8
23:17 / 30 Avqust 2026
156
22:54 / 30 Avqust 2026
113
21:59 / 30 Avqust 2026
122
21:17 / 30 Avqust 2026
123
21:17 / 30 Avqust 2026
110
20:11 / 30 Avqust 2026
100
20:05 / 30 Avqust 2026
81
19:27 / 30 Avqust 2026
183
18:36 / 30 Avqust 2026
586
18:33 / 30 Avqust 2026
137
17:55 / 30 Avqust 2026
186
17:25 / 30 Avqust 2026
131
17:15 / 30 Avqust 2026
126
17:10 / 30 Avqust 2026
528
16:55 / 30 Avqust 2026
134
16:55 / 30 Avqust 2026
160
16:35 / 30 Avqust 2026
122
16:30 / 30 Avqust 2026
129
16:28 / 30 Avqust 2026
698
16:04 / 30 Avqust 2026
651
15:29 / 30 Avqust 2026
912
15:15 / 30 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.