TƏCİLİ! İsrail İrana zərbə endirə bilər
30 Avqust 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
522
27.11.2024, 11:24
Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının prezidentliyə namizədi bəlli olub.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı partiyanın təsisçisi Bidzina İvanişvili “Gürcü arzusu”nun siyasi şurasının iclasından sonra brifinqdə açıqlayıb.
Sözügedən namizəd Mixail Kavelaşvilidir. 53 yaşlı Kavelaşvili Gürcüstan parlamentinin deputatı və “Xalqın Gücü” partiyasının siyasi katibidir.
Qeyd edək ki, M. Kavelaşvili, həmçinin Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu olub.
Onu da xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək. Ölkənin hazırkı Prezidenti Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi yolu ilə 6 illik müddətə seçilib. Onun səlahiyyət müddəti bu payız başa çatır.
Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident oktyabrın 26-da baş tutan parlament seçkilərindən sonra deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.
72 yaşlı S.Zurabişvili daha əvvəl açıqlamasında ikinci müddətə prezident seçilmək niyyətində olduğunu bildirmişdi.
09:14 / 31 Avqust 2026
8
09:03 / 31 Avqust 2026
21
08:58 / 31 Avqust 2026
38
08:56 / 31 Avqust 2026
38
01:31 / 31 Avqust 2026
247
23:17 / 30 Avqust 2026
319
22:54 / 30 Avqust 2026
197
21:59 / 30 Avqust 2026
215
21:17 / 30 Avqust 2026
185
21:17 / 30 Avqust 2026
156
20:11 / 30 Avqust 2026
144
20:05 / 30 Avqust 2026
87
19:27 / 30 Avqust 2026
237
18:36 / 30 Avqust 2026
725
18:33 / 30 Avqust 2026
153
17:55 / 30 Avqust 2026
212
17:25 / 30 Avqust 2026
148
17:15 / 30 Avqust 2026
133
17:10 / 30 Avqust 2026
1246
16:55 / 30 Avqust 2026
141
16:55 / 30 Avqust 2026
173
16:35 / 30 Avqust 2026
129
16:30 / 30 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.