Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan xahiş etdi- İclas Rusiyada olacaq

Paşinyan xahiş etdi- İclas Rusiyada olacaq

DÜNYA

221

27.11.2024, 10:12

Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası Avrasiya İqtisadi İttifaqına sədrlik edən Ermənistanın xahişi ilə dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, Peterburqda keçirilməsinə baxmayaraq, iclasa Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edəcək.

“Dəvətnamələr göndərilib”, - deyə Y. Uşakov əlavə edib.