İranda zəlzələ oldu
31 Avqust 2026, 10:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
248
26.11.2024, 19:48
Moldova Avropaya inteqrasiya yolunda uğursuz dövlətə çevrilmiş Ukrayna yolu ilə irəliləyir.
OXU24.COM RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşündə deyib.
“Qərb harda çadırlarını uzadıbsa, biz parçalanma və sabitliyin pozulmasını görürük. Ən parlaq nümunə Ukraynadır. Qondarma Avropa inteqrasiyası ilə aldanaraq, Amerika Birləşmiş Ştatlarının əsas anti-Rusiya dayağına çevrildi”, - SVR rəhbəri bildirib.
Narışkin əlavə edib ki, nəticədə Ukrayna uğursuz dövlətə çevrilib. Onun sözlərinə görə, Moldova da analoji yolla gedir. Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, Moldova prezidenti Maia Sandu totalitar rejim təşkil edib, buna görə də ölkə cəmiyyətində “fəlakətli qütbləşmə” başlayıb.
Noyabrın 21-də Moldovanın baş naziri Dorin Recean Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra Rusiya ilə münasibətlərin bərpasının zəruriliyini bəyan edib. O qeyd edib ki, Kişinyovun hazırda Moskva ilə “çox gərgin münasibətləri” var.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Moldovaya NATO ilə yaxınlaşmamaq barədə xəbərdarlıq etmişdi.
Nigar
10:42 / 31 Avqust 2026
1
10:39 / 31 Avqust 2026
27
10:24 / 31 Avqust 2026
47
10:20 / 31 Avqust 2026
48
10:18 / 31 Avqust 2026
46
10:11 / 31 Avqust 2026
49
10:03 / 31 Avqust 2026
52
09:54 / 31 Avqust 2026
62
09:50 / 31 Avqust 2026
63
09:39 / 31 Avqust 2026
63
09:14 / 31 Avqust 2026
74
09:03 / 31 Avqust 2026
69
08:58 / 31 Avqust 2026
76
08:56 / 31 Avqust 2026
71
01:31 / 31 Avqust 2026
318
23:17 / 30 Avqust 2026
344
22:54 / 30 Avqust 2026
217
21:59 / 30 Avqust 2026
241
21:17 / 30 Avqust 2026
192
21:17 / 30 Avqust 2026
165
20:11 / 30 Avqust 2026
145
20:05 / 30 Avqust 2026
89
19:27 / 30 Avqust 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.