Qaynar xətt:

(+99450) 247 90 86

“Hizbullah” İsrailin hərbi-dəniz bazasına hücum etdi

“Hizbullah” İsrailin hərbi-dəniz bazasına hücum etdi

DÜNYA

208

25.11.2024, 09:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Livan təşkilatı “Hizbullah” Hayfa liman şəhərinin şimal-qərbində yerləşən İsrailin Stella Maris hərbi-dəniz bazasına kütləvi raket zərbəsi endirib.

OXU24.COM  xəbər verir ki, bu barədə təşkilatın teleqram kanalında yerləşdirilən bəyanatda bildirilib.

Qeyd olunur ki, əməliyyat “Qəzza zolağında Fələstin xalqının sarsılmazlığını dəstəkləmək”, həmçinin “Livanı İsrail təcavüzündən qorumaq” məqsədilə həyata keçirilib.

Daha əvvəl “Hizbullah” dəstələri ilk dəfə olaraq Aşdoddakı hərbi-dəniz bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirib. Təşkilat dronların “hədəfləri dəqiq vurduğunu” iddia edib.