Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
31 Avqust 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
180
22.11.2024, 14:55
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, Qərbin uzaqmənzilli raketlərinin Ukraynaya hücumlarına cavab olaraq Rusiya hərbi qüvvələrinin “Oreşnik” ballistik raketi ilə endirdiyi zərbəni şərh edərkən, tərəfləri təmkin nümayiş etdirməyə və münaqişənin gərginliyini azaltmağa çağırıb.
Lin Jian brifinqdə deyib: “Mövcud vəziyyətdə bütün tərəflər soyuqqanlılığı və təmkinliliyi qoruyub saxlamalı, dialoq və məsləhətləşmələr yolu ilə vəziyyətin gərginliyini azaltmağa kömək etməli və böhranın siyasi həllinin tezliklə həyata keçirilməsi üçün şərait toplamalıdırlar”.
Onun sözlərinə görə, ÇXR-in mövqeyi dəyişməz olaraq qalır: hakimiyyət situasiyanın danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin xüsusi bəyanatında bildirib ki, Rusiya hərbçiləri Rusiyanın ən yeni orta mənzilli ballistik raketlərindən biri olan “Oreşnik”in döyüş sınağını keçirib. Zərbə Dnepropetrovskda Ukraynanın "Yujmaş" müdafiə müəssisəsinə endirilib. Bundan bir qədər əvvəl Ukrayna ilk dəfə Qərbin uzaqmənzilli raketləri - Amerikanın ATACMS və Britaniyanın "Storm Shadow" raketləri ilə Rusiya ərazisinə hücum etdi.
Nigar
00:00 / 01 Sentyabr 2026
80
23:56 / 31 Avqust 2026
34
23:49 / 31 Avqust 2026
35
23:39 / 31 Avqust 2026
43
23:28 / 31 Avqust 2026
77
23:16 / 31 Avqust 2026
54
23:11 / 31 Avqust 2026
70
23:10 / 31 Avqust 2026
145
23:06 / 31 Avqust 2026
764
23:04 / 31 Avqust 2026
64
22:35 / 31 Avqust 2026
70
21:39 / 31 Avqust 2026
110
21:32 / 31 Avqust 2026
668
21:26 / 31 Avqust 2026
92
21:02 / 31 Avqust 2026
2314
20:59 / 31 Avqust 2026
73
20:58 / 31 Avqust 2026
88
20:48 / 31 Avqust 2026
134
20:28 / 31 Avqust 2026
144
19:56 / 31 Avqust 2026
218
19:45 / 31 Avqust 2026
100
19:42 / 31 Avqust 2026
78
19:36 / 31 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.