Tramp onun gəlişini gözləyir
01 Sentyabr 2026, 07:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
226
19.11.2024, 19:40
Altı Avropa ölkəsinin - Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Polşa və Almaniyanın xarici işlər nazirləri Rusiyanı NATO və Avropa İttifaqı (Aİ) ölkələrində hibrid hücumları intensivləşdirməkdə ittiham ediblər.
Oxu24.com xəbər verir ki, bu barədə bu dövlətlərin xarici işlər nazirlərinin Brüssel görüşündən sonra birgə bəyanatında deyilir.
“Rusiya sistematik olaraq Avropanın təhlükəsizlik arxitekturasına hücum edir. Moskvanın NATO və Aİ ölkələrinə qarşı hibrid fəaliyyətinin eskalasiyası da öz müxtəlifliyi və miqyası baxımından misilsizdir və əhəmiyyətli təhlükəsizlik riskləri yaradır”, - bəyanatda qeyd edilir.
Xarici işlər nazirləri həmçinin Rusiyanı revizionizmdə, İran və Şimali Koreya ilə əlaqələri gücləndirməkdə və Ukrayna üzrə konstruktiv danışıqlar aparmaq istəməməkdə ittiham ediblər. Nazirlər alyans ölkələrində müdafiə xərclərini ÜDM-in 2%-i və ondan yuxarı səviyyəyə çatdırmaqla, Aİ-nin hərbi-sənaye kompleksinə sərmayə qoymaqla və Ukraynaya hərbi və iqtisadi dəstəyi gücləndirməklə NATO-nu gücləndirməyə çağırıblar. Xarici işlər nazirləri həmçinin Kiyevə Ukraynanın 2025-ci il üçün ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan 50 milyard dollarlıq krediti dəstəkləyiblər.
Noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Aİ-nin ən böyük ölkələri ABŞ-ın müdaxiləsinin mümkün məhdudlaşdırılması kontekstində Ukraynaya dəstək yükünü öz üzərinə götürməyə razılaşıblar.
Bundan əvvəl Estoniya Trampa görə Aİ-ni Ukraynaya qoşun göndərməyə çağırmışdı.
Nigar
07:40 / 01 Sentyabr 2026
17
07:07 / 01 Sentyabr 2026
82
04:50 / 01 Sentyabr 2026
70
00:55 / 01 Sentyabr 2026
208
00:52 / 01 Sentyabr 2026
415
00:40 / 01 Sentyabr 2026
162
00:00 / 01 Sentyabr 2026
328
23:56 / 31 Avqust 2026
119
23:49 / 31 Avqust 2026
141
23:39 / 31 Avqust 2026
125
23:28 / 31 Avqust 2026
226
23:16 / 31 Avqust 2026
104
23:11 / 31 Avqust 2026
322
23:10 / 31 Avqust 2026
421
23:06 / 31 Avqust 2026
2171
23:04 / 31 Avqust 2026
89
22:35 / 31 Avqust 2026
104
21:39 / 31 Avqust 2026
135
21:32 / 31 Avqust 2026
1028
21:26 / 31 Avqust 2026
107
21:02 / 31 Avqust 2026
3197
20:59 / 31 Avqust 2026
84
20:58 / 31 Avqust 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.