Rusiya Türkiyə və Azərbaycan sərhədlərinə... - Mirzoyan
01 Sentyabr 2026, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
234
18.11.2024, 15:12
"Bloomberg"ə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim edəcəyi iddia edilən Ukrayna münaqişəsinin dondurulması planı Rusiyaya uyğun deyil.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz "Bloomberg" nəşrinə diqqət yetirdik. Hərbi təmas xəttinin “dondurulması” variantı Rusiya tərəfi üçün apriori qəbuledilməzdir. Prezident Vladimir Putin tərəfindən müəyyən edilmiş şərtlər aktual olaraq qalır. Münaqişəni dayandırmaq üçün bunu etmək lazımdır”, - Kreml sözçüsü bildirib.
Xatırladaq ki, "Bloomberg" mənbələrə istinadən məlumat yaymışdı ki, Ərdoğan Ukrayna lideri Volodimir Zelenskiyə Rusiyaya güzəşt olaraq NATO-ya üzvlüklə bağlı müzakirələri ən azı 10 il təxirə salmağı təklif etmək niyyətindədir.
Bundan əlavə, Türkiyənin münaqişəni “dondurmaq” təklifi Donbassda silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur. Ərdoğanın əlavə zəmanət olaraq orada beynəlxalq qoşun yerləşdirməyi və NATO-dan kənarda qalmağa razılıq verdiyinə görə kompensasiya olaraq Qərbin Ukraynaya hərbi təchizat verməsini təklif edəcəyi gözlənilir.
10:20 / 01 Sentyabr 2026
40
10:18 / 01 Sentyabr 2026
12
10:18 / 01 Sentyabr 2026
13
10:12 / 01 Sentyabr 2026
18
10:11 / 01 Sentyabr 2026
19
10:04 / 01 Sentyabr 2026
28
09:53 / 01 Sentyabr 2026
40
09:44 / 01 Sentyabr 2026
42
09:39 / 01 Sentyabr 2026
46
09:32 / 01 Sentyabr 2026
302
09:30 / 01 Sentyabr 2026
44
09:27 / 01 Sentyabr 2026
49
09:24 / 01 Sentyabr 2026
49
09:23 / 01 Sentyabr 2026
48
09:22 / 01 Sentyabr 2026
77
09:20 / 01 Sentyabr 2026
46
09:02 / 01 Sentyabr 2026
53
08:54 / 01 Sentyabr 2026
49
08:31 / 01 Sentyabr 2026
58
08:13 / 01 Sentyabr 2026
108
08:11 / 01 Sentyabr 2026
50
08:02 / 01 Sentyabr 2026
83
07:40 / 01 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.