Ukrayna 90 milyon istəyir..amma...
01 Sentyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
298
14.11.2024, 21:08
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ilə görüşüb.
OXU24.COM xəbər verir ki, K.Əliyev dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər mütəşəkkil cinayətkarlığın, o cümlədən qanunsuz fəaliyyətlərin iqlim dəyişikliyinə səbəb olması və ətraf mühitə dağıdıcı təsirləri barədə danışıb.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muhsin Şentürk iki qardaş ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirərək, münasibətlərin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı COP29 zamanı mühüm qərarlar veriləcəyinə ümidvar olduğunu bildirib.
Kamran Əliyev həmkarına dəvətini qəbul edərək tədbirdə nümayəndə heyəti ilə iştirakına görə təşəkkürünü ifadə edib.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı da iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.




Həmçinin oxuyun
19:25 / 01 Sentyabr 2026
1
19:11 / 01 Sentyabr 2026
30
19:00 / 01 Sentyabr 2026
32
18:49 / 01 Sentyabr 2026
51
18:36 / 01 Sentyabr 2026
56
18:21 / 01 Sentyabr 2026
69
17:59 / 01 Sentyabr 2026
78
17:56 / 01 Sentyabr 2026
66
17:55 / 01 Sentyabr 2026
60
17:40 / 01 Sentyabr 2026
72
17:25 / 01 Sentyabr 2026
71
17:24 / 01 Sentyabr 2026
284
17:21 / 01 Sentyabr 2026
76
17:20 / 01 Sentyabr 2026
86
17:15 / 01 Sentyabr 2026
68
17:11 / 01 Sentyabr 2026
73
16:55 / 01 Sentyabr 2026
92
16:55 / 01 Sentyabr 2026
86
16:52 / 01 Sentyabr 2026
83
16:50 / 01 Sentyabr 2026
82
16:50 / 01 Sentyabr 2026
75
16:43 / 01 Sentyabr 2026
122
16:35 / 01 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.