Ukrayna 90 milyon istəyir..amma...
01 Sentyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
238
14.11.2024, 17:58
Parisdə noyabrın 14-də keçiriləcək Fransa - İsrail beynəlxalq futbol matçının təhlükəsizliyini dörd min polis əməkdaşı təmin edəcək.
Paris polisinin rəhbəri Loran Nunesin sözlərinə görə, onun tabeliyində olan iki min yarım birbaşa “Stad de Frans” stadionunda yerləşəcək, qalanları isə Fransa paytaxtının küçələrində və ictimai nəqliyyatda patrul xidmətinə gedəcək.
Oxu24.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bundan əlavə, stadionda 1600-ə yaxın şəxsi mühafizəçi vəzifə yerinə yetirəcək və İsrail komandasını elitar antiterror polis bölməsi qoruyacaq.
“Bu matç son dərəcə gərgin geosiyasi kontekst səbəbindən artan risk şəraitində baş tutacaq. Biz ictimai asayişi pozmaq cəhdlərinə dözməyəcəyik”, - Nunes bildirib.
Parisdəki qarşılaşma UEFA Millətlər Liqası turniri çərçivəsində baş tutacaq. Ona xüsusi diqqət bir həftə əvvəl Hollandiyanın “Ayaks” və “Makkabi” Təl-Əviv komandaları arasında keçirilən oyundan sonra Amsterdamda baş vermiş iğtişaşlar və israilli azarkeşlərə qarşı zorakılıqlarla bağlıdır.
Hollandiya polisi beş israillinin yaralandığını, İsrail mənbələri isə azı on itki olduğunu bildirib.
İsrail hakimiyyəti Amsterdamdakı hadisələri əsl “poqrom” və “anti-semit aksiyası” adlandırıb. Merin hesabatında iddia olunur ki, onlar Fələstin bayrağını cırıb, taksilərə hücum ediblər və ərəb əleyhinə şüarlar səsləndiriblər.
Fransa prezidenti Emmanuel Makron Amsterdam hadisələrindən sonra Avropa yəhudiləri ilə həmrəylik üçün matça şəxsən qatılacağını bildirib. Onunla birlikdə baş nazir Mişel Barnye, həmçinin Fransanın keçmiş prezidentləri Fransua Olland və Nikolya Sarkozi də iştirak edəcək.
Bildirilir ki, Parisdə keçiriləcək qarşılaşmada 80 min nəfərlik “Stad de Frans”ın cəmi dörddə biri dolu olacaq. İsrail hökuməti fanatlarına Fransaya uçmağı tövsiyə etməyib və bəzi məlumatlara görə, Təl-Əvivdən xüsusi uçuşların sayı 100-150 nəfəri keçməyəcək. Bununla belə, artıq Fransada və digər Avropa ölkələrində olan və ya orada yaşayan israillilər oyuna gələ bilərlər.
Əlavə təhlükəsizlik tədbiri olaraq, bu gün günortadan sonra stadionun ətrafındakı bütün bar və restoranlar bağlanacaq.
Nigar
Həmçinin oxuyun
20:18 / 01 Sentyabr 2026
13
20:13 / 01 Sentyabr 2026
32
20:07 / 01 Sentyabr 2026
74
19:58 / 01 Sentyabr 2026
73
19:50 / 01 Sentyabr 2026
90
19:25 / 01 Sentyabr 2026
89
19:00 / 01 Sentyabr 2026
74
18:49 / 01 Sentyabr 2026
73
18:36 / 01 Sentyabr 2026
76
18:21 / 01 Sentyabr 2026
98
17:59 / 01 Sentyabr 2026
92
17:56 / 01 Sentyabr 2026
78
17:55 / 01 Sentyabr 2026
72
17:40 / 01 Sentyabr 2026
84
17:25 / 01 Sentyabr 2026
83
17:24 / 01 Sentyabr 2026
338
17:21 / 01 Sentyabr 2026
83
17:20 / 01 Sentyabr 2026
100
17:15 / 01 Sentyabr 2026
77
17:11 / 01 Sentyabr 2026
87
16:55 / 01 Sentyabr 2026
103
16:55 / 01 Sentyabr 2026
96
16:52 / 01 Sentyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.